Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb

06.09.2024 17:51 1 518
SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-nin "Halliburton" şirkəti arasında "Texniki xidmətlərin göstərilməsi"nə dair Sazişi imzalanıb.

Median.Az
SOCAR-a istinadən xəbər verir ki, sazişi SOCAR-ın "Azneft" İstehsalat Birliyinin baş direktoru Əli Qurbanov və "Halliburton" şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Qrem Teylor imzalayıblar.

Sənəd Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Günəşli" yatağında qalıq karbohidrogen potensialının yenidən qiymətləndirilməsi və qalıq neftli zonaların dəqiqləşdirilməsi üçün müasir tədqiqatların icra edilməsi məqsədi daşıyır.

Xatırladaq ki, "Günəşli" yatağı Bakı şəhərindən 120 km şərqdə, "Neft Daşları" yatağından 12 km cənub-şərqdə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşir. "Günəşli" qırışığı "Çilov-Neft Daşları" antiklinal qırışıqlıq qurşağına daxildir. Yataqda dənizin səviyyəsi 80-300 metr aralığında dəyişir. Yatağın uzunluğu 12.5 km, eni 4.0 km-dir.

Hazırda "Günəşli" yatağında, ümumilikdə, 370 quyu qazılıb ki, onlardan 279 quyu istismardadır. İşlənmənin əvvəlindən bu quyulardan 201.3 milyon ton neft (kondensatla birlikdə), 127 milyard m3-dən çox qaz hasil olunub.

Qeyd edək ki, "Günəşli" yatağında maksimum hasilat 1991-ci ilə təsadüf edib. Həmin il 114 işlək quyudan 6.7 milyon ton neft çıxarılıb. Maksimal qaz hasilatı isə 2008-ci ildə 6.6 milyard m3 olub. Hazırda yataq işlənmənin III mərhələsindədir. Yataq SOCAR-ın "Azneft" İstehsalat Birliyinin 28 May adına Neft-qazçıxarma İdarəsi tərəfindən istismar olunur.скачать dle 11.3
Mojo.az Banner