Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda iğtişaşlar törətmək istəyən şəxs hakim qarşısına çıxarılır

30.08.2024 12:54 822
Azərbaycanda iğtişaşlar törətmək istəyən şəxs hakim qarşısına çıxarılır
Azərbaycan vətəndaşı İmamverdi Əhmədov barəsində cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə icraata götürülüb, məhkəmənin hazırlıq iclası sentyabrın 4-nə təyin edilib.

"Report"un əldə etdiyi məlumata görə, İmamverdi Əhmədovun Cinayət Məcəlləsinin 28,278.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqı Dövlət Təhlükəsizliyi Xidmətində aparılıb.

Belə ki, ittihama əsasən, İmamverdi Əhmədov 2023-cü ilin aprel ayından etibarən özü ilə eyni radikal dini əqidəyə malik şəxsləri ətrafına toplamaq, Azərbaycan ərazisində iğtişaşlar törətmək, hakimiyyət nümayəndələrinə qarşı zorakılıq hərəkətləri etməklə ölkə ərazisində konstitusiya quruluşunun zorakı yollarla dəyişdirilməsi və eyni məqsədlə müxtəlif şəxslərə silahlı təlimlər təşkil edilməsi istiqamətində fəaliyyət göstərib, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş əməliyyat tədbirlər zamanı cinayət əməllərinin qarşısı alınaraq saxlanılıb.скачать dle 11.3
Mojo.az Banner