Mojo.az Banner
22:52 Pilot və stüardessalarla bağlı yeni araşdırma  |     22:45 Qubada ayı təhlükəsi: Sakinlər qorxu içində qalıblar - VİDEO  |     22:38 Gecə yemək yeyənlər diqqət: Bu vərdiş çəki artımına səbəb ola bilər  |     22:30 Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edildi  |     22:22 “ChatGPT” ilə bağlı yeni qərar: Reklam dövrü başlayır  |     22:15 Gəncədə 28 yaşlı kişi bıçaqlandı  |     22:07 Avqustun sonu bu bürclərin üzü güləcək  |     21:59 Məktəblərdə gender disbalansı: Kişi müəllimlərin azlığı şagirdlərə necə təsir edir? - VİDEO  |     21:51 ARAŞDIRMA: İnternetin üçdə biri artıq süni intellektlə yazılır  |     21:51 Dənizdə ailəvi istirahət faciə ilə nəticələndi - VİDEO  |     21:39 Varlılar üçün lüks bunkerlər tikilir: müharibə, təbii fəlakət hiss etməyəcəklər  |     21:29 Salyanda ağır qəza: Bir nəfər öldü  |     21:17 Avropa İttifaqının əsas qaz tədarükçüsü dəyişdi  |     21:15 Günəşdə ən güclü partlayış baş verib  |     21:08 Şərif: Pakistan Qolan təpələri ilə bağlı Suriyanın mövqeyini dəstəkləməkdə davam edəcək  |     21:04 "Sabah" ABŞ-dən olan basketbolçu Maykl Ertalla müqavilə imzalayıb  |     21:00 "TikTok"da pul göndərmək mümkün olacaq  |     20:57 Somali piratları Pakistan dənizçiləri üçün milyonlarla dollarlıq fidyə tələb etdilər  |     20:46 Şərif: Pakistan Qolan təpələri ilə bağlı Suriyanın mövqeyini dəstəkləməkdə davam edəcək  |     20:42 Azərbaycan güləşində möhtəşəm nəticə: İki idmançımız finala yüksəldi  |    
Left Banner
Right Banner

DTX əməliyyat keçirdi: Suriyadakı terror qruplaşmasının üzvü ələ keçdi - FOTO

18.09.2020 12:11 3 513
DTX əməliyyat keçirdi: Suriyadakı terror qruplaşmasının üzvü ələ keçdi - FOTO
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Əhmədov Amil Mehman oğlunun 2016-2019-cu illər ərzində ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini məzhəbləri yaymaq adı altında, dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə Suriya Ərəb Respublikasının Hələb şəhərinin Leroman qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçməsinə, müxtəlif odlu silah və partlayıcı qurğulardan istifadə qaydalarına yiyələnərək “Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində Hələb, Hama və İdlib şəhərlərində silahlı münaqişələrdə iştirakına əsaslı şübhələr müəyyən edilib.

Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Bildirilib ki, Amil Əhmədov sonradan gizli yollarla üçüncü dövlətin ərazisinə keçib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il sentyabrın 7-də Amil Əhmədov şübhəli şəxs qismində saxlanılıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratmaq, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.

скачать dle 11.3
Mojo.az Banner