Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:05 Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirildi  |     11:42 Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat  |     11:40 Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?  |     11:33 İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərdi  |     11:32 Bu il həbsxanalarda doğulan uşaqların sayı açıqlandı  |     11:23 Azərbaycanda yeni ombudsman seçiləcək  |     11:15 Azərbaycanda inflyasiya ilə bağlı yeni proqnoz  |     11:14 Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb  |     22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |    
Mojo.az Avto
Mojo.az Avto

Dollar qıtlığının səbəbi nədir? (ŞƏRH)

27.08.2024 21:00 1 230
Dollar qıtlığının səbəbi nədir? (ŞƏRH)
"Dollar satışında yaranan problem mövsümü xarakter daşıyır. Xaricdə təhsil alanlar və yaşayanlar avqust ayında geri dönürlər. Belə bir vaxtda hamıya dollar lazım olur".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, banklarda idarəetmə normal səviyyədə deyil:

"İşlərini planlaşdıra bilmirlər ki, qabaqcadan dollar alsınlar. Avqust və sentyabrda istirahətə gedənlər daha çox olur. Bir də varlılar istirahətə həmişə sentyabrda gedir. Hazırda dollarla bağlı qlobal bir şey yoxdur. Bu il devalvasiya gözlənilmir".

Əkrəm Həsənovun fikirincə, məzənnə inzibati yolla müəyyən olunur:

"Düzdür, iqtisadi əsas olmadan da bunu etmək olar. Amma hazırda belə bir gözlənti yoxdur. İnsanlar panikanı sevir, biri dollar tapmayanda dərhal onu yayır. Eyni zamanda Azərbaycanda dollar alışına süni maneələr yaradılır. İllik 20 min manatdan çox almaq olmaz, əks halda sübut etməlisən ki, bu pul hardan gəlib".

Əkrəm Həsənov hesab edir ki, bu gün bazarda dollar satışında yaranan problem bankarın səriştəsizliyi ilə əlaqədardır.

Son xəbərlər