Mojo.az Banner
23:01 Bu rayonun bəzi ərazilərində işıq olmayacaq  |     22:55 Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı  |     22:48 Payız Azərbaycana bu gecə daxil olacaq  |     22:43 Bu ərazilərdə yaşayanlar köçürüləcək  |     22:34 Bakıda bütün universitetlər distant təhsilə keçdi  |     22:29 “İçərişəhər” istiqamətində yeni nəsil qatarların sayının az olmasının səbəbi açıqlandı  |     22:22 Ceyhun Bayramov isveçrəli həmkarı ilə görüşüb  |     22:18 Paytaxt yollarında sıxlıq: Məlumat lövhəsi olmayan qazıntı ərazisi - Video  |     22:16 İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırıldı - Agentlikdən açıqlama (Yenilənib)  |     22:13 Biləcəri qəsəbəsində daşan kanalizasiya sakinlər üçün təhlükə yaradır - Video  |     21:59 Cəlilabadda bədbəxt hadisə baş verib  |     21:53 Naxçıvanda sürət yarışı keçirən qohumlar TUTULDU  |     21:45 Xəbərdarlıq edildi: 24 sentyabrdan...  |     21:40 Azərbaycanda işləmək istəyən əcnəbilərin sayı bəlli oldu - RƏSMİ  |     21:34 Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?  |     21:26 Eyni soyadlı cütlüklər daha az boşanır  |     21:21 Bu bürclərin həyatında möcüzə baş verəcək  |     21:13 Qaxda köşk qalmaqalı: Vətən müharibəsi iştirakçısının köşkü qanunsuz sayıldı, 1 illik cəza aldı  |     21:07 Alimlər ağrı zamanı beyində informasiya axınının dəyişdiyini aşkar etdi  |     21:00 Bank kreditlərinə alternativ: İstiqraz bazarı faizləri necə aşağı sala bilər?  |    
Mojo.az Avto
Mojo.az Avto

Yeni internet qiyməti ilə razılaşmayan vətəndaşlar 130 manat cərimə olunurlar?

27.08.2024 13:22 1 347
Yeni internet qiyməti ilə razılaşmayan vətəndaşlar 130 manat cərimə olunurlar?
Son günlər "Aztelekom" MMC-nin yeni tariflərindən imtina edən internet abunəçilərinə 130 manat cərimə kəsildiyi iddia olunur.

Maraqlıdır, iddia doğrudursa, vətəndaşlara niyə seçim haqqı verilmir? 25 manatı ödəyə bilməyən vətəndaş 130 manatı necə ödəyəcək?

Median.Az xəbər verir ki, oxu.az sözügedən iddia ilə bağlı "Aztelekom" MMC-yə sorğu ünvanlayıb.

Qurumun Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, abunəçilərlə münasibətlər müvafiq telekommunikasiya xidmətlərinin göstərilməsi barədə müqaviləyə və qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən tənzimlənir:

"Belə ki, müqavilə şərtləri və mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla abunəçi yeni tariflərin tətbiq edilməsi ilə bağlı xidmətlərdən imtina etmək istədiyi təqdirdə, yeni tariflərin tətbiq edildiyi gündən 30 gün müddətində yazılı şəkildə müraciət etməklə telekommunikasiya xidmətini dayandıra bilər. Bu halda xidmətlərdən imtina ilə bağlı abunəçidən ONT modeminin geri qaytarılması istənilir və həmin avadanlığın dəyəri tələb edilmir.

Tariflərin tətbiq edildiyi 15 avqust 2024-cü il tarixindən etibarən 30 gün müddətində abunəçinin yazılı müraciəti əsasında internet xidmətindən imtina etməsi keçərlidir. Abunəçi ONT modemi saz vəziyyətdə geri qaytardığı halda təqdim edilmiş avadanlığın dəyəri tələb edilmir. Tarif dəyişikliyi ilə bağlı xidmətdən imtina edən abunəçilər filiallara yaxınlaşaraq ərizə ilə müraciət etməlidirlər".

Əlavə olunub ki, tariflərin tətbiq edildiyi tarixdən 30 gün ərzində xidmətdən imtina ilə bağlı yazılı müraciətin edilməməsi abunəçi ilə yeni tariflər barədə razılaşmanın əldə edilməsi kimi qiymətləndirilir:

"Müəyyən edilmiş müddət keçdikdən sonra qiymət dəyişikliyinə əsaslanaraq xidmətdən imtina edilməsi müqavilə üzrə razılaşdırılmış öhdəliyin pozulması hesab ediləcək".

Qurumdan, həmçinin, istifadəçilər üçün qaydalar barədə də məlumat verilib. Belə ki:

"Aztelekom"un optik şəbəkəsinə qoşulmaq istəyən istifadəçilər üçün qaydalar bu cürdür:

- 12 aylıq güzəştli şərtlər (telefoniya + internet) - İstifadəçi 12 ay ardıcıl istifadə və ödəniş öhdəliyi ilə qoşulduqda 30 AZN qoşulma haqqından azad edilir və pulsuz ONT modemi əldə edir. Qeyd: Abunəçi 12 aylıq öhdəliyi pozduğu halda qoşulma və modem üçün müvafiq ödəniş etməlidir.

- Standart müqavilə (telefoniya + internet) - İstifadəçi standart müqavilə bağlayaraq telefon və internet xidməti aldıqda 30 AZN qoşulma haqqı və ONT modemi üçün endirimlə 50 AZN ödəniş edir.

"Aztelekom"un ADSL xidmətindən optik şəbəkəsinə keçid etmək istəyən mövcud istifadəçiləri üçün qaydalar:

- 12 aylıq güzəştli şərtlər (telefoniya + internet) - İstifadəçi 12 ay ardıcıl istifadə və ödəniş öhdəliyi ilə qoşulduqda 30 AZN qoşulma haqqından azad edilir və pulsuz ONT modemi əldə edir. Qeyd: Abunəçi 12 aylıq öhdəliyi pozduğu halda qoşulma və modem üçün müvafiq ödəniş etməlidir.

- Standart müqavilə (telefoniya + internet) - İstifadəçi standart müqavilə bağlayaraq telefon və internet xidməti aldıqda 30 AZN qoşulma haqqından azad edilir və ONT modemi üçün endirimlə 50 AZN ödəniş edir.

"Baktelecom"un optik şəbəkəsinə qoşulmaq istəyən istifadəçilər üçün qaydalar isə aşağıdakı kimidir:

- 12 aylıq güzəştli şərtlər (telefoniya + internet) - İstifadəçi 12 ay ardıcıl istifadə və ödəniş öhdəliyi ilə qoşulduqda 30 AZN qoşulma haqqından azad edilir və pulsuz ONT modemi əldə edir. Qeyd: Abunəçi 12 aylıq öhdəliyi pozduğu halda qoşulma və modem üçün müvafiq ödəniş etməlidir.

- Standart müqavilə (telefoniya + internet) - İstifadəçi standart müqavilə bağlayaraq telefon və internet xidməti aldıqda 30 AZN qoşulma haqqı və ONT modemi üçün endirimlə 50 AZN ödəniş edir.

- Standart müqavilə (telefoniya) - İstifadəçi standart müqavilə bağlayaraq yalnız telefon xidməti aldıqda 30 AZN qoşulma haqqı və ONT modemi üçün 110 AZN ödəniş edir.

"Baktelecom"un ADSL xidmətindən optik şəbəkəsinə keçid etmək istəyən mövcud istifadəçiləri üçün qaydalar:

- 12 aylıq güzəştli şərtlər (telefoniya + internet) - İstifadəçi 12 ay ardıcıl istifadə və ödəniş öhdəliyi ilə qoşulduqda 30 AZN qoşulma haqqından azad edilir və pulsuz ONT modemi əldə edir. Qeyd: Abunəçi 12 aylıq öhdəliyi pozduğu halda qoşulma və modem üçün müvafiq ödəniş etməlidir.

- Standart müqavilə (telefoniya + internet) - İstifadəçi standart müqavilə bağlayaraq telefon və internet xidməti aldıqda 30 AZN qoşulma haqqından azad edilir və ONT modemi üçün endirimlə 50 AZN ödəniş edir.

- Standart müqavilə (telefoniya) - İstifadəçi standart müqavilə bağlayaraq yalnız telefon xidməti aldıqda 30 AZN qoşulma haqqından azad edilir və ONT modemi üçün 110 AZN ödəniş edir.скачать dle 11.3
Mojo.az Banner