Mojo.az Banner
13:10 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli HƏYATI - VİDEO  |     13:04 Beş il sonra nə baş verəcək? - Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ  |     12:59 İtaliya parlamenti 40 ildən sonra nüvə enerjisinə icazə verdi  |     12:53 İranda müəmmalı PARTLAYIŞLAR: Təkanlar hiss olundu  |     12:47 "Liverpul"un sabiq sahibi VƏFAT ETDİ  |     12:47 "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib  |     12:40 Şəmkirdə avtomobil qadını vuraraq öldürüb  |     12:36 Göyçayda 12 yaşlı uşağın hərəkəti hamı tərəfindən maraqla qarşılanır - VİDEO  |     12:31 Türkiyədə güclü zəlzələ oldu - FOTO  |     12:22 Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq  |     12:04 Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir  |     12:00 Yoxlamalara dair YENİ QADAĞA  |     11:56 Azərbaycanda yasa 60 min manat xərcləndi – Din xadimindən açıqlama  |     11:40 Xəzərdə zəlzələ olub - FOTO  |     11:31 Bakıda "Formula -1"in keçiriləcəyi məkan dəyişə bilər - VİDEO  |     11:27 Azərbaycanda bu şəxslərin MAAŞ və PENSİYALARI ARTIRILIR  |     11:20 Türkiyədə məşhur iş adamının oğlu saxlanıldı  |     23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |    
Mojo.az Avto
Mojo.az Avto

İran ABŞ və Avropa ilə münasibətlərdəki gərginliyin azalmasını istəyir

22.08.2024 21:07 1 254
İran ABŞ və Avropa ilə münasibətlərdəki gərginliyin azalmasını istəyir
İran ABŞ və Avropa ölkələri ilə münasibətlərdəki gərginliyi azaltmağı hədəfləyir, lakin qarşı tərəfin sanksiyaları aradan qaldıracağını və nüvə sazişini bərpa edəcəyini gözləyir.

Median.Az xəbər verir ki, bu barədə İranın yeni xarici işlər naziri Abbas Əraqçi “Kyodo” agentliyinə müsahibəsində bildirib.

“Parlamentdəki çıxışımda vurğuladım ki, ölkənin fundamental prinsiplərinə hörmətlə yanaşılmaqla, ciddi, məqsədyönlü və zaman məhdudiyyətli danışıqlarla sanksiyaların, xüsusən də birtərəfli sanksiyaların ləğvinə nail olmaq çox vacibdir”, - o deyib.

Bu, İranın yeni XİN başçısının avqustun 21-də ölkə parlamentinin təsdiqi ilə bu vəzifəyə rəsmi təyin olunmasından sonra xarici mətbuata ilk müsahibəsidir.
Diplomat qeyd edib ki, onun rəhbərliyi altında İran XİN Vaşinqtonla gərginliyi azaltmağa və Avropa ilə əlaqələri bərpa etməyə çalışacaq, onların qarşılıqlı fəaliyyətdə “düşmən mövqe” tutmayacaqları halda isə nüvə sazişini bərpa etməyə və sanksiyaları ləğv etməyə çalışacaqlar.

Qeyd edək ki, A.Əraqçinin ilk olaraq Yaponiya agentliyinə müsahibə verməsi təsadüfi deyil. O, 2008-2011-ci illərdə İranın Yaponiyadakı səfiri vəzifəsində çalışıb.скачать dle 11.3
Mojo.az Banner