Mojo.az Banner
11:47 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama  |     11:45 Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var  |     11:44 Üç ölkədən xəbərdarlıq: İran casus proqram təminatı yayır  |     11:42 Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: Xərçəng riski artır?  |     11:37 İkimərtəbəli evə üçüncü mərtəbə artırılır: İcra hakimiyyətinin xəbəri olmadan tikinti aparılır? - VİDEO  |     11:29 Ailə üzvləri ilə mübahisə etdi, yaşadığı evi yandırdı  |     11:25 Tanınmış azərbaycanlı iş adamı vəfat etdi - FOTO  |     11:21 Azərbaycan nefti bahalaşdı  |     11:16 Göygöldə "Chevrolet" aşdı - Yaralılar var  |     23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |    
Mojo.az Avto
Mojo.az Avto

Maştağa Psixiatriya Xəstəxanasında müalicə alan şəxsi kim DÖYÜB?

16.08.2024 13:50 3 357
Maştağa Psixiatriya Xəstəxanasında müalicə alan şəxsi kim DÖYÜB?
"Paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən xüsusi təyinatlı tibb müəssisəsində müalicə alan şəxsin xəsarətlər alması ilə bağlı araşdırmalar davam etdirilir".

Bu barədə APA-nın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, ona həmin tibb müəssisəsindəki digər ruhi-əsəb xəstəsi tərəfindən xəsarət yetirilməsi müəyyən edilib. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbir görüləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə Elkin Kərimli adlı istifadəçi atası olduğunu bildirdiyi şəxsin görüntülərini yayıb.

O iddia edib ki, atasını 1 saylı Maştağa Psixiatriya Xəstəxanasında döyüblər.

"Bir ağıllı çıxıb izah etsin ki, gecə növbəsində bu hadisəni bir nəfər görüb-eşidən olmayıb? O qədər polis mühafizəsi, sıravi mühafizə, tibb bacıları, sanitarlardan biri görmədi, eşitmədi?"

Elkin Kərimli qeyd edib ki, atası iki gün əvvəl təcili yardımla xəstəxanaya aparılıb, orada da döyülüb:

"Həkim də bu səhər mənə yığır ki, gəl, atanın vəziyyəti pisdir, "skoru" çağırmışıq, gəlib aparmırlar, "skoru" deyir ki, xəstə ölür, evə getsin. Belə şey olar?

Saat 17:00-a kimi atam orada o vəziyyətdə qalıb, həkim müdaxiləsi olmayıb, oturub gözləmişik ki, kimsə gəlib atamı aparacaq".скачать dle 11.3
Mojo.az Banner