Mojo.az Banner
17:18 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı  |     17:01 Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı  |     17:00 Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar  |     16:58 Azərbaycanda mal əti bahalaşdı  |     16:40 İki metro stansiyasına giriş sabahdan pulsuz olacaq  |     16:39 Dağlıq ərazidə gizlənən keçmiş məhkum tutuldu - Video  |     16:38 Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - Video  |     16:35 Diqqətlər Bakıda: Kamikadze dronlar və robotlarımız nümayiş etdiriləcək  |     16:34 Ağır qəzada ölən şəxs hərbçi imiş - FOTO  |     16:31 Sumqayıtda "Chevrolet" piyadanı vurub öldürdü  |     16:29 Dənizdə batan tələbələrin fotoları (Yenilənib)  |     16:25 Bakıda kirayə evlərin sayı azalır: Qiymətlər daha da qalxacaq?  |     16:12 Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - Video  |     15:58 Bakının milyonçu qardaşlarının sərvətləri özlərinə qaldı: Gözlənilməz hökm  |     14:10 Neftimiz kəskin ucuzlaşıb  |     14:01 Sumqayıtda gecələr qaz niyə gur gəlir? – Mütəxəssisdən ciddi xəbərdarlıq  |     13:48 Bakıda bu məktəblərdə təhsil onlayn oldu - Siyahı  |     13:28 Sentyabrda dənizə girmək təhlükəlidir? - AÇIQLAMA  |     13:22 Evdə hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertifikat tələb olunacaq - Video  |     13:20 İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər (Video)  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda avtobus marşrutlarından biri 24 saatlıq rejimə keçirildi

14.08.2024 13:51 3 708
Bakıda avtobus marşrutlarından biri 24 saatlıq rejimə keçirildi
Bu gündən etibarən "H1 Airport Express" marşrutu 24 saat fəaliyyət göstərərək hava limanı ilə şəhər mərkəzi arasında rahat nəqliyyat əlaqəsini təmin edəcək. Avtobuslar gündüz saatlarında 20 dəqiqəlik, gecələr isə 45 dəqiqəlim intervalla hərəkət edəcəklər.

Bununla bağlı "BakuBus" MMC-nin məlumatında bildirilir.

Qeyd olunur ki, bu günə kimi H1 marşrutu saat 1:00-a kimi xidmət göstərirdi ki, bu da gec saatlarda gələn sərnişinlər üçün müəyyən narahatlıq yaradırdı. Hazırda isə qrafikin genişləndirilməsi sayəsində sərnişinlər günün istənilən vaxtında şəhərə rahat çata biləcəklər ki, bu da onların səyahət təcrübəsini xeyli yaxşılaşdıracaq.

Marşrut şəhərin əsas nəqliyyat qovşaqlarını - "Koroğlu" habı və metronun "28 May" stansiyasını əhatə edir. Bu marşrut üzrə fəaliyyət göstərən müasir "Neoplan" avtobusları geniş baqaj bölmələri, soyuducu və məlumat monitorları ilə təchiz olunub ki, bu da səfəri mümkün qədər rahat edir. Yolda sərf olunan müddət günün saatından asılı olaraq təxminən 30 dəqiqə təşkil edir.

H1 marşrutu üzrə gediş haqqı 1,3 manatdır. Ödənişi hava limanında əldə edilə bilən "BakıKart" kartı, həmçinin "M10" və "Birbank" mobil tətbiqləri vasitəsilə həyata keçirmək mümkündür.

Qeyd edək ki, H1 marşrutunun hərəkət cədvəlinin genişləndirilməsi, xüsusən də Bakı şəhərində yaxın aylarda keçiriləcək "Formula-1" Qran-prisi və BMT-nin İqlim Dəyişiklikləri üzrə Tərəfləri Konfransı (COP29) kimi mühüm tədbirlər öncəsi, bütün sərnişinlər üçün nəqliyyat xidmətlərinin rahatlığının və əlçatanlığının artırılmasına yönəldilib.скачать dle 11.3
Mojo.az Banner