Mojo.az Banner
13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |    
Mojo.az Avto
Mojo.az Avto

Binəqədidə silsilə əməliyyatlar: Narkotik vasitələr və altı odlu silah götürüldü - VİDEO

02.08.2024 18:21 1 047
Binəqədidə silsilə əməliyyatlar: Narkotik vasitələr və altı odlu silah götürüldü - VİDEO
Binəqədi rayonunda iyul ayında keçirilən əməliyyatlar zamanı narkotiklərlə əlaqəli 115 fakt aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən odlu silah-sursatların aşkarlanması, eləcə də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib. İyul ayı ərzində keçirilən silsilə tədbirlər zamanı narkotiklərlə əlaqəli 115 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən altı kiloqramdan artıq müxtəlif növ narkotik maddə və psixotrop maddələr çıxarılıb. Aşkar olunan faktlarla bağlı idarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Həmçinin, ötən ay vətəndaşlarla aparılan profilaktik tədbirlərin nəticəsi olaraq altı odlu silah, o cümlədən dörd "Kalaşnikov" avtomatı, iki "Makarov" tapançası və 43 ədəd patron polis əməkdaşlarına təhvil verilib.скачать dle 11.3
Mojo.az Banner