Mojo.az Banner
23:00 İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?  |     22:52 Növbəti 4 günə diqqət! – XƏBƏRDARLIQ EDİLDİ  |     22:43 Ucarda 16 yaşlı gəncin suda boğulmasının təfərrüatları - FOTO  |     22:38 Dünyada ağcaqanad xəstəliyi yayılır - Ölümcüldür  |     22:29 Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI  |     22:24 Fransada meşə yanğınları ilə əlaqədar həbslər olub  |     22:18 Çində təxliyə edilən insanların sayı 1 milyonu keçdi - YENİLƏNİB  |     22:11 İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?  |     22:05 "Barselona"dan 100 milyonluq transfer əməliyyatı  |     21:56 Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar  |     21:50 Qobustanda ağır QƏZA: Ölən var  |     21:41 Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi  |     21:36 Əmrah Bulud "Karvan-Yevlax"dan getdi  |     21:30 Rusiya Sumını vurdu - Ölənlər var  |     21:24 "Coca-Cola" ilk dəfə tərkibində kokain olan dərman kimi yaradılıbmış  |     21:19 Yeni hoteldə 45 nəfərə iş veriləcək - 20-si Qarabağ sakinidir  |     21:12 Bakı bulvarında batmaqda olan şəxs xilas edilib - VİDEO  |     21:07 Türkiyədə qeysəriyyə əməliyyatlarına görə 100-ə yaxın həkim cəzalandırıldı  |     20:40 Orqanizmdə dəmir çatışmazlığını necə bilmək olar? - 5 əlamət  |     20:35 Okeanın dibində 73 gizli vulkan tapıldı - Bəziləri yenidən aktivləşə bilər  |    
Left Banner
Right Banner

Azərbaycanda banklararası pul bazarı aktivdirmi?

01.08.2024 20:26 1 086
Azərbaycanda banklararası pul bazarı aktivdirmi?
Bir neçə ildir ki, Azərbaycanın bank sektorunda yüksək likvidlik müşahidə olunur.

Bu da manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra dövlətin gördüyü tədbirlər, o cümlədən "Nağdsız hesablaşmalar haqqında" qanunun qəbul edilməsi ilə bağlıdır.

Qanunun tətbiqi ilə sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslər bank hesablarındakı vəsaitləri sərbəst şəkildə nağdlaşdıra bilmirlər. Son nəticədə bu ilin əvvəlinə bankların likvid vəsaitləri sektorun aktivlərinin təxminən 27 %-i qədər, likvidliyin tənzimlənməsi üzrə prudensial normativ hesab olunan ani likvidlik əmsalı isə 52 % olub ki, bu da minimum normadan 22 faiz bəndi çoxdur. Amma bu o demək deyil ki, bütün banklar "pul içində üzür" və depozit qəbul etməyə ehtiyac duymur. Müşahidələr göstərir ki, likvid vəsaitlər banklar arasında bərabər paylanmayıb. Bəs bu qeyri-bərabərliyi banklararası pul bazarının hesabına aradan qaldırmaq olurmu? Yəni, banklararası pul bazarı aktivdirmi? "Report" bununla bağlı araşdırma aparıb.

Maliyyə bazarı üzrə ekspert Xalid Kərimli deyir ki, son illər ölkədə banklararası pul bazarı, xüsusilə təminatsız REPO və əks-REPO bazarları sürətlə böyüyüb: "Hazırda Azərbaycanda 4 bank - "Azərbaycan Beynəlxalq Bankı", "Kapital Bank", "PAŞA Bank" və "Xalq Bank" ASC-lər likvid vəsaitlərin əhəmiyyətli hissəsini öz əllərində cəmləşdirib. Digər kiçik banklar böyük banklardan borc alaraq likvidlik problemini həll etməyə, iqtisadiyyata pul buraxmağa çalışırlar. Hətta Azərbaycan Mərkəzi Bankı (AMB) ehtiyat normasını 0,5 %-dən 25 %-ə qaldırsa da, banklar böyük pul kütləsini likvid resurs kimi saxlamağa davam edir, vəsaitlərin bir qismini qiymətli kağızlara yatırır, real sektoru maliyyələşdirməkdə isə çətinlik çəkir.

Əldə qalan vəsaitlər banklararası pul bazarında alınıb-satılır və bunun üçün infrastruktur formalaşdırılıb. Xüsusilə “Bloomberg” platformasının işə salınması ilə banklararası əməliyyatlar daha asanlaşıb. Maraqlıdır ki, pulun çoxluğu faiz dərəcələrinin aşağı düşməsinə səbəb olmur, iqtisadiyyat isə kredit götürməyə ehtiyac duymur. Bu, iqtisadiyyatda risklərin artdığını və bankların şəffaflıq, hesabatlılıq tələblərinə cavab verən müştərilərin az olduğunu göstərir".

AMB-dən isə "Report"un sorğusuna cavab olaraq bildirilib ki, banklararası pul bazarının inkişafı mühüm prioritet olaraq qalır: "AMB likvidliyin idarə olunması və proqnozlaşdırılması işinin davamlı təkmilləşdirilməsini və bazar iştirakçıları ilə kommunikasiyanın gücləndirilməsini planlaşdırır. Həmçinin, bu istiqamətdə bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir.

2022-ci ilin II yarısından başlayaraq, pul siyasətinin ötürücülüyündə mühüm rol oynayan banklararası pul bazarının inkişafı və bu bazarda qısamüddətli istinad faizlərinin formalaşması istiqamətində bir sıra işlər görülüb. Bu təşəbbüslərə likvidliyin idarə olunması çərçivəsinin tətbiq edilməsi, təminatlı və təminatsız bazar seqmentləri üzrə mühüm infrastruktur platforması yaradılması, zəruri hüquqi-normativ baza formalaşdırılması, qısamüddətli faizlərin və əqdlərin kommunikasiyası daxildir.

AMB-nin pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqi çərçivəsində ilk dəfə daimi imkan alətləri işə salınıb, açıq bazar əməliyyatlarının çeşidi genişləndirilib. Banklararası pul bazarında bankların cəlbetmə və yerləşdirmə əməliyyatları aparması üçün “Bloomberg” platformasında “EBond” funksiyası yaradılıb. Ötən dövr ərzində banklararası bazarın həcmində və əməliyyatların sayında əhəmiyyətli artım müşahidə edilib.

Həmçinin, banklararası pul bazarında qısamüddətli istinad faiz indekslərinin hesablanması və açıqlanması üzrə normativ-hüquqi baza formalaşdırılıb. 2022-ci ilin sonundan başlayaraq, 1 günlük AZİR indeksi faiz dəhlizi daxilində formalaşıb və hazırda bu indeks uçot dərəcəsinə (7,25 %) yaxındır. Banklararası pul bazarında qısamüddətli istinad faiz indekslərinin AMB-nin internet səhifəsində geniş ictimaiyyətə açıqlanması və bu indekslərin faiz dəhlizinin parametrlərinin dəyişiminə reaksiya verməsi, faiz kanalının transmissiyasına müsbət təsir göstərib.
скачать dle 11.3
Mojo.az Banner