Mojo.az Banner
14:04 Astarada 60 yaşlı kişinin ölümünün TƏFƏRRÜATI  |     13:58 Avqustda sərinlik başladı – Güclü istilər yenidən qayıdır?  |     13:48 “General-leytenant” rütbəsi verilən digər zabitlər kimlərdir? (FOTO)  |     13:28 Telefon nömrəsini dəyişmək istəyənlərə XƏBƏRDARLIQ  |     13:20 Bakıda 27 yaşlı kişi stadionda öldü  |     12:25 Bakı-Quba yolunun kənarında OBYEKT YANIB  |     12:20 Azərbaycanda “su pulu” ilə bağlı mühüm xəbər – Qiymət dəyişəcək?  |     12:03 Sabirabadda yanğın törədən şəxs saxlanıldı  |     11:55 Gələn həftə maraqlı kosmik hadisə gözlənilir - Azərbaycandan da müşahidə etmək mümkün olacaq  |     11:52 "Başına zərbə vurdum, sonra prokurorluğa gedib təslim oldum" - meşədəki qətlin TƏFƏRRÜATI  |     11:52 Sərnişinlərin NƏZƏRİNƏ: Qatarların hərəkət qrafiki dəyişəcək  |     11:47 Əlilliyə görə pensiya alanların sayı AÇIQLANDI  |     11:46 Bakının Kənar Dairəvi yolunda yük maşını aşdı, tıxac yarandı  |     11:45 Azərbaycanın Ermənistana ixracı 17 milyon dolları ötdü  |     11:43 Qızılın saxta olduğunu necə müəyyən etmək olar? - Zərgər izah edir  |     11:41 Üç aydan çox istifadə edirsinizsə, DİQQƏT: Diş fırçasında nələr toplanır?  |     11:39 Pakistan Əfqanıstana yaşıl işıq yandırdı: Humanitar dəhliz açıldı  |     11:34 General-mayor Abbasəli Novruzov dəfn edildi - FOTO  |     11:14 Astarada narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olundu  |     11:08 Bu ərazilərdə işıq olmayacaq  |    
Left Banner
Right Banner

"TikTok" mübahisəsi qanla bitdi - TƏFƏRRÜAT

13.10.2025 22:34 576
Bakıda 1999-cu il təvəllüdlü Azər "TikTok" sosial şəbəkəsində təhqiredici paylaşıma görə tanışı Elçini (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

Median.Az
"Teleqraf"a istinadən xəbər verir ki, Masallı rayon sakini Azər bu il aprelin 28-də zərərçəkmiş şəxsə "WhatsApp" mobil tətbiqindən zəng edib və "TikTok" sosial şəbəkəsində onu təhqir etdiyinə görə məsələni aydınlaşdırmaq üçün görüşmək istədiyini bildirib.

O, zərərçəkmiş şəxsin yaşadığı yerin ünvanını öyrənib və həmin gün saat 22 radələrində onunla Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində görüşüb, birlikdə Biləcəri qəsəbəsində yerləşən evinə gedib. Orada Elçindən hansı səbəbdən təhqirə yol verdiyini soruşub. Elçin onu təhqir etmədiyini, "TikTok" sosial şəbəkəsində olan yazışmanı göstərməsini bildirib. Azər bu yazışmanı sildiyini deyib.

Daha sonra onlar birlikdə yaxınlıqda yerləşən marketə gediblər. Oradan siqaret alaraq zərərçəkmiş şəxsin yaşadığı evin qarşısına qayıdıblar. Azər Elçindən ayrılaraq yaşadığı rayona gedəcəyini deyib. Zərərçəkmiş də öz evinə gedib.

Ancaq Azər söhbət zamanı zərərçəkmiş şəxsin ondan üzr istəməməsinə görə daim üzərində gəzdirdiyi bıçaqla onu öldürmək qərarına gəlib. Təxminən bir saat sonra geri qayıdıb.

O, aprelin 29-da gecə saat bir radələrində zərərçəkmiş şəxsin kirayədə yaşadığı mənzilə girib və yataq otağında arxası evin giriş qapısına tərəf vəziyyətdə paltarlarını soyunan Elçinə yaxınlaşaraq qəflətən kürək tərəfindən zərbə vurub.

Elçin özünü müdafiə etmək üçün ona tərəf çevrilən zaman yenə də bıçaq xəsarətləri yetirib. Zərərçəkmiş aldığı xəsarətlərin təsirindən halsız vəziyyətə düşərək döşəməyə yıxılıb. Azər hərəkətlərini davam etdirərək onun bədəninin müxtəlif nahiyələrinə yenə də zərbələr vurub. Elçinin döşəmədə hərəkətsiz qaldığını, müqavimət göstərmədiyini və nəfəsinin gəlmədiyini görüb. Onun öldüyünü düşünərək evdən çıxıb.

Bundan sonra Azər Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə zəng edib və törətdiyi cinayət hadisəsi barədə məlumat verib. Zərərçəkənə vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Azərin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.

İş üzrə ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, zərərçəkmiş şəxsi "TikTok" sosial şəbəkəsində tanıyıb:

"Mən sosial şəbəkədə şəklimi paylaşdım, zərərçəkmiş şəkilimin aşağısından ünvanıma nalayiq ifadələr işlətdi. Onunla telefon zəngi vasitəsilə danışdığım zaman qazi olduğumu öyrəndi, ünvanıma nalayiq ifadə işlətmək fikri olmadığını, yazdıqlarının səhvən şəklimin aşağısına düşdüyünü bildirdi. Daha sonra evinin yaxınlığında zərərçəkmiş şəxslə görüşdüm. Birlikdə siqaret alaraq geri döndükdə səhhətimdə problem olduğuna görə məni öz evinə dəvət etdi, məni taksi ilə evimə göndərəcəyini dedi. Həmin vaxt üzərimdə bıçaq olmayıb".

Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmişə iki bıçaq zərbəsi vurduğunu xatırlayır:

"Daha sonra polisə zəng etdim. Hadisə vaxtı üzərimdə bıçaq olmayıb. Polis əməkdaşları məni hadisə yerindən apardılar. Polis əməkdaşları gələndə maşında oturmuşdum. Təcili tibbi yardıma və polisə özüm zəng etmişəm. Maştağada 3-4 ay müddətində, Masallı və Lənkəranda xəstəxanalarda psixoloji vəziyyətimlə bağlı müalicə almışam".

Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.скачать dle 11.3
Mojo.az Banner