Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |     16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |     15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |    
Mojo.az Avto
Mojo.az Avto

Qazi “TikTok”da mübahisə etdiyi şəxsi bıçaqladı - TƏFƏRRÜAT

11.10.2025 16:46 639
Qazi “TikTok”da mübahisə etdiyi şəxsi bıçaqladı - TƏFƏRRÜAT
Bakıda sosial şəbəkədə yaranan mübahisə ağır cinayətlə nəticələnib.

Median.Az
xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, Masallı rayon sakini Elvin M. (ad şərtidir - red.) "TikTok”da yazılan bir şərh üstündə əvvəllər tanımadığı Rauf A. ilə mübahisə edib. Elvin məsələyə aydınlıq gətirmək üçün Raufla əlaqə saxlayaraq görüş təyin edib.

28 aprel 2025-ci il tarixində, axşam saatlarında Biləcəri qəsəbəsində görüşən gənclər əvvəlcə söhbət ediblər, sonra birlikdə Raufun evinə gediblər.

Qısa söhbətdən sonra ərazidən ayrılan Elvin bir qədər keçmiş, gecə saat 01:00 radələrində yenidən həmin evə qayıdıb. O, evə icazəsiz daxil olaraq çantasında olan bıçaqla Rauf A.-ya çoxsaylı zərbələr endirib.

Ağır yaralanan Rauf A. hadisədən sağ çıxıb. Elvin M. isə törətdiyi əməl barədə dərhal "102” xidmətinə zəng edib və polisə könüllü şəkildə təslim olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elvin M. qəsdən adam öldürməyə cəhd və mənzil toxunulmazlığını pozmaqda təqsirli bilinib. Məhkəmə qərarı ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayəti törətməkdə ittiham olunan şəxs Vətən müharibəsi qazisisir.

Son xəbərlər