Mojo.az Banner
17:03 3-cü kurs tələbəsi vəfat etdi  |     16:55 Ötən həftə 1840,3 ha ərazi minalardan təmizlənib  |     16:39 Bu şəxslər üçün viza proseduru sadələşdirildi  |     16:22 Lənkəranda 3 gün əvvəl döyülən oğlan xəstəxanada öldü  |     16:12 "Tiktok"da quzu "satan" Orxan Həsənov saxlanıldı  |     16:09 Dima Bilan Azərbaycanı təmsil edən yeniyetməyə dəstək oldu - FOTO  |     16:05 Azərbaycanda bu institut ləğv olunur  |     14:47 Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb  |     14:32 Könüllü qanvermə aksiyası keçiriləcək  |     14:30 Rusiyada seçkilərin ilkin nəticələri açıqlandı  |     14:16 Bakıda tanınmış həkim əməliyyatdan sonra öldü - FOTO  |     14:10 Tıxacda qalmaq istəmirsinizsə, bunları bilməlisiniz  |     13:10 Bakıda əməliyyat: 70 yaşlı qadın saxlanıldı  |     12:58 Pensiyalar nə vaxt ödəniləcək?  |     12:47 Bakıda restoranda mühafizəçinin meyiti tapıldı  |     12:46 Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş: Adları bilindi  |     12:45 Tıxaca düşən deputat iclasa gecikdi: "Üzr istəməlidirlər"  |     12:43 Tanınmış iş adamının nəvəsi qonşunu güllələdi: Təfərrüat məlum oldu - Foto (Yenilənib)  |     12:41 Rumıniyada sabiq prezidentliyə namizəd həbs olundu  |     12:38 Ramiz Mehdiyevin məhkəməsi oldu - VİDEO (YENİLƏNİB)  |    
Mojo.az Avto
Mojo.az Avto

Naxçıvanda səyyar aqronom xidmətinə start verilib

13.10.2025 21:19 585
Naxçıvanda səyyar aqronom xidmətinə start verilib
Naxçıvan Muxtar Respublikasında payızlıq taxıl əkinləri ilə əlaqədar fermerlərə səyyar aqronom xidmətinin göstərilməsinə başlanılıb.

Layihəni Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir və proses mərhələli şəkildə muxtar respublikanın bütün rayonlarını əhatə edəcək.

Səyyar xidmət çərçivəsində peşəkar aqronomlar bölgələrdə fermerlərlə görüşlər keçirir, torpaq hazırlığı, toxum səpini, gübrələmə və suvarma məsələləri üzrə yerində məsləhətlər verir, eyni zamanda aqrotexniki qaydalara əməl olunmasına nəzarət edirlər.

Layihənin əsas məqsədi təsərrüfat risklərini minimuma endirmək, məhsuldarlığı artırmaq və fermerləri müasir aqrotexniki yanaşmalar barədə məlumatlandırmaqdır.

"Səyyar aqronomluq xidməti fermerlərin qapısına qədər gələn dəstək mexanizmidir. Bu təşəbbüs onların daha uğurlu nəticələr əldə etməsinə şərait yaradacaq", - deyə nazirliyin nümayəndəsi Bəybala Rüstəmov bildirib.

Fermerlər xidmətdən yararlanmaq üçün qurumla əlaqə saxlaya bilərlər.скачать dle 11.3
Mojo.az Banner