Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəkidə sahibsiz it sürüsü evə hücum edib

13.10.2025 21:27 1 062
Şəkidə sahibsiz it sürüsü evə hücum edib
Şəki rayonunda sahibsiz it sürüsü yaşayış evinə hücum edib.

Hadisə şəhərin Salman Mümtaz küçəsində baş verib.

Belə ki, Sadəddin Allahverdiyevə məxsus evə hücum edən sahibsiz it sürüsü iki qoyunu parçalayaraq öldürüb, birini isə yaralayıb.

Şəki Rayon Heyvan Xəstəlikləri və Baytarlıq xidmətindən "Report" un yerli bürosuna bildirilib ki, bu il də epizootik plana uyğun olaraq sahibsiz itlər arasında quduzluğa qarşı vaksinasiya həyata keçirilib:

"Bundan başqa, epizootik durumu sabit saxlamaq üçün ətraf ərazilərə aldadıcı yemlər də qoyulub".

Şəki Rayon İcra Hakimiyyətindən isə qeyd olunub ki, sahibsiz küçə itləri ilə bağlı problem insanları narahat edən əsas məsələlərdən biridir. Bildirilib ki, sahibsiz küçə itləri xüsusi müəssisələr tərəfindən götürülməli və sığınacaqlara yerləşdirilməlidir:

"Hazırda şəhərdə sahibsiz heyvanlar üçün xüsusi sığınacaqların olmaması bu sahədə çətinliklər yaradır. Şəhər ərazisində bu problemin həlli istiqamətində müəyyən təkliflər hazırlanıb, aidiyyəti dövlət orqanları ilə məsləhətləşmələr aparılıb, qeyri-hökümət təşkilatlarına müraciət olunub. Bu məsələyə heyvansevərləri də cəlb etməklə, Şəki şəhərində sahibsiz küçə itlərinin qısırlaşdırılmasının təşkili nəzərdə tutulur və bu istiqamətdə işlər aparılır".скачать dle 11.3

Son xəbərlər