Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Ceyranbatanda küçə iti nənə və nəvəyə hücum edib, qadın xəstəxanalıq olub - VİDEO

24.06.2025 20:38 645
Ceyranbatanda küçə iti nənə və nəvəyə hücum edib, qadın xəstəxanalıq olub - VİDEO
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində küçə iti nənə və nəvəyə hücum edib.

Qəsəbə sakini Rəfiqə Hüseynova nəvəsi ilə birgə mağazaya gedərkən sahibsiz itin qəfil hücumuna məruz qalıb. Yaralanan qadın dərhal xəstəxanaya yerləşdirilib və ona quduzluq əleyhinə vaksin vurulub.

Hadisə ilə bağlı Ceyranbatan qəsəbəsi bələdiyyəsinə və ərazi nümayəndəliyinə müraciət olunub. Qurumdan bildirilib ki, sahibsiz itlərin toplanması ilə bağlı onlara maliyyə vəsaiti ayrılmadığı üçün bu sahədə tədbir görmək imkanları yoxdur.

Abşeron Rayon İcra Hakimiyyətindən isə vurğulanıb ki, sahibsiz heyvanların yığılması məqsədilə Sahibsiz İtlərə Qayğı Mərkəzləri rayon ərazisində sivil və humanist üsullarla tədbirlər görür. Belə ki, təhlükə yaradan itlər küçə və prospektlərdən xüsusi avtomobillərlə toplanaraq qayğı mərkəzinə aparılır. Hazırda proses davam etdirilir.

Qeyd edək ki, Abşeron rayonunda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin yaradılması istiqamətində sənədləşmə işləri aparılır.
//reportскачать dle 11.3

Son xəbərlər