Mojo.az Banner
12:16 Azərbaycan neftinin qiyməti 95 dolları keçib  |     12:15 Lənkəranda avtomobil dərəyə aşdı, ölən var  |     12:13 Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək  |     12:11 Ay qırmızı rəngə bürünəcək: Tarix və saat AÇIQLANDI  |     12:08 Fransada itkin düşən məşhur tiktokerin meyiti tapılıb  |     12:08 Xırdalanda 31 yaşlı kişi qətlə yetirildi  |     12:03 Ermənistan Türkiyə ilə sərhədi açmağa hazırlaşır  |     11:51 Uşaqlar niyə kosmetika bazarının hədəfinə çevrilib? — Tənqidi ARAŞDIRMA  |     11:48 Rusiyada yaşayan azərbaycanlıları nə gözləyir? - Deportasiya qaydaları sərtləşir  |     11:41 Qalmaqallı kollec direktoru İŞDƏN ÇIXARILDI  |     11:37 İdman liseyləri və Bülbül adına orta ixtisas musiqi məktəbinə qeydiyyat başlayır  |     11:11 UEFA Konfrans Liqası: "Qarabağ" "Tvente"yə qarşı  |     11:05 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib - DTX-dən xüsusi əməliyyat  |     23:01 "Real" Bernardonu rəsmən təqdim etdi  |     22:56 2026-cı ildə qiyməti ucuzlaşa biləcək 6 lüks SUV  |     22:50 Azərbaycanda yük qatarında tüstülənmə oldu  |     22:41 Wi-Fi şifrəsini unutmusunuz? - Telefonda və kompüterdə belə öyrənə bilərsiniz  |     22:34 Bakıda məsciddə namaz qılıb yatdı - Telefonu oğurlandı  |     22:29 Bakıda 45 min manatlıq dələduzluq  |     22:21 "Ucuz Store"da saxta aksizli içkilər aşkarlandı - İki nəfər cərimələndi  |    
Left Banner
Right Banner

Xaçmaz sakinlərinin narahatlığı - Sahibsiz itlərlə bağlı hansı tədbirlər görülür?

12.04.2025 20:29 582
Xaçmaz sakinlərinin narahatlığı - Sahibsiz itlərlə bağlı hansı tədbirlər görülür?
Xaçmaz şəhərinin mərkəzi küçələrində gəzib-dolaşan sahibsiz küçə itləri sakinlərin kabusuna çevriliblər.

Bu barədə "Report"un Şimal bürosuna məlumat verən sakinlər bildiriblər ki, müxtəlif xəstəliklərə yoluxmuş sahibsiz itlərə təkcə küçə və prospektlərdə deyil, həm də şəhərin mərkəzindəki parklarda rast gəlmək olar.

Onların sözlərinə görə, bu sırada Xaçmazın mərkəzində yerləşən "Fəvvarələr" parkı da istisna deyil. Bir vaxtlar insanların ailəvi gəzinti yeri olan, uşaqların gülüş sədalarına bürünən həmin park təhlükəsiz, eləcə də istirahət üçün əlverişli məkan sayılırdı. Ancaq xüsusilə, son vaxtlar o park ərazidən keçənlər üçün heç də təhlükəsiz marşrut sayılmır. Çünki insanların küçə itlərinin hücumuna məruz qalmaq riski yüksəkdir.

"Report"un yerli bürosunun mövzuya aid sorğusunu cavablandıran Xaçmaz Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Emin Ağayev bildirib ki, bu məsələnin həlli yerli icra hakimiyyəti orqanlarının imkanları çərçivəsində deyil:

“Bu problemdən xəbərimiz var. Bir neçə dəfə şəxsi imkanlarımız hesabına sahibsiz itləri toplayaraq onları insanların məskunlaşmadığı ərazilərə buraxmışıq. Ancaq sahibsiz itlərlə mübarizə aparmaq üçün bizim xüsusi avadanlığımız yoxdur.

Bizim əlimizdən yalnız aidiyyəti qurumları xəbərdar etmək gəlir. Sahibsiz heyvanlar üçün sığınacaqlara müraciət etsək də, onlar itləri aparmaqdan ötrü ödəniş istəyirlər. Həmçinin sahibsiz küçə itləri ilə bağlı Rayon Baytarlıq İdarəsinə də məlumat vermişik”.

Xaçmaz Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinin rəisi Vasif Kəlbəliyev isə "Report"un yerli bürosuna bildirib ki, idarədə yalnız sahibi olan itlər peyvənd olunur:

“Ötən il 3 min 137 baş it quduzluğa qarşı peyvəndlənib. Cari ilin geridə qalan dövründə 1 226 it peyvənd olunub. Bu rəqəm ilin sonuna qədər 3 min 400 başa çatacaq.

Sahibsiz itlərə gəldikdə isə yaxın ərazidəki sığınacaqlara məlumat vermişik ki, küçə və prospektlərdə vətəndaşlar üçün həyati təhlükə yaradan xəstə, hər hansı virusa yoluxmuş sahibsiz itləri yığışdırıb sığınacaqlara yerləşdirsinlər”.

İdarə rəisi onu da qeyd edib ki, bu problemin həlli üçün sahibsiz itlərin öldürülməsindən söhbət gedə bilməz:

“Atılacaq addımlar sadəcə onların quduzlaşmasının və çoxalmasının qarşısını almağı təmin etməlidir”.

Xatırladaq ki, Azərbaycanda sahibsiz itlərin insanlara hücum etməsinə dair sonuncu ciddi fakt aprelin 8-də Sumqayıtda qeydə alınıb. Bu hadisə zamanı 5-i uşaq olmaqla, 6 nəfər küçə itlərinin hücumuna məruz qalaraq hospitalizasiya olunmuşdu.скачать dle 11.3
Mojo.az Banner