Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Eldar Əzizovdan sahibsiz itlərlə bağlı göstəriş: Hamısı Balaxanıya aparılacaq

22.10.2018 17:27 2 788
Eldar Əzizovdan sahibsiz itlərlə bağlı göstəriş: Hamısı Balaxanıya aparılacaq
Son zamanlar Bakı şəhərində və xüsusilə də şəhərətrafı kəndlərdə sahibsiz itlərin sayı həddən artıq çoxalıb. İnsanların sahibsiz heyvanların hücumuna məruz qalması, xüsusilə azyaşlıların itlər tərəfindən dişlənməsi halları artmaqdadır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Modern.az-a verilən məlumatına görə, ötən il 15 mindən artıq adamı sahibsiz heyvan dişləyib ki, onlardan da 13 mini it tutması olub.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının səlahiyyətlərini icra edən Eldar Əzizovinsanları narahat edən sahibsiz küçə heyvanları ilə bağlı göstəriş verib və hazırda bu istiqamətdə kompleks tədbirlər görülür.

Eldar Əzizovun Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansındakı, sahibsiz heyvanlarla mübarizəyə cavabdeh olan Sanitariya və Texniki təmizlik İdarəsinin fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı verdiyi göstərişin məhz bu tədbirlərin bir hissəsi olduğu və sahibsiz heyvanlarla bağlı mübarizə üçün yeni struktur hazırlandığı bildirilir. Bunun üçün "Heydər Əliyev Fondunun və BŞİH-in birgə layihəsinə əsasən, Balaxanı qəsəbəsindəki sahibsiz itlər üçün sığınacaq mərkəzində yenidənqurma işləri aparılır. İşlər çərçivəsində yeni laboratoriyanın qurulması, xüsusi təyinatlı maşınlar, itlərə keyidici iynələrin vurulmasında istifadə ediləcək güllələrin, eyni zamanda, işçilər üçün xüsusi geyimlər alınması nəzərdə tutulur.

Yeni strukturun fəaliyyətə başlamasından sonra sahibsiz küçə itlərinin sayının əhəmiyyətli dərəcədə azalacağı gözlənilir.скачать dle 11.3

Son xəbərlər