Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Maaşlarına görə "102"yə şikayət etdilər: Şirkət 20 min cərimələndi

13.10.2025 18:10 978
Maaşlarına görə
"Zəfər-44 Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) külli miqdarda cərimələnib.

Median.Az
"Qaynarinfo"ya istinadən xəbər verir ki, buna səbəb şirkətin Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq, 5 aprel 2025-ci il tarixdən 22 may 2025-ci il tarixədək xeyli sayda işçi ilə əmək müqaviləsi bağlamaması və həmin müqavilənin bildirişini elektron informasiya sisteminə daxil etməməsi olub.

MMC-də əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin şəxslər kafel-metlax ustası kimi Cəbrayıl rayonu, Mahmudlu kəndi ərazisində işlərin yerinə yetirilməsinə cəlb edilib.

Şirkət rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb. MMC-nin qanunsuz əməllərinin üstü isə Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə edilən şikayətdən sonra açılıb. Belə ki, işçilər əmək haqlarının verilməməsi ilə bağlı DİN-ə müraciət ediblər. Aparılan araşdırma zamanı ustaların əmək müqaviləsi olmadan işlədildiyi məlum olub.

Məhkəmənin qərarı ilə şirkət İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 20 000 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilib.

Qeyd edək ki, 22.05.2023-cü ildə yaradılan, nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Sarxan Mətləb oğlu Əzizovdur.

Son xəbərlər