Mojo.az Banner
17:09 İlanlar binalara və evlərə niyə girir? – Zooloqdan MÜHÜM açıqlama  |     17:07 Bakıda maşında meyit tapıldı  |     16:55 Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA - ÖZƏL  |     16:53 2 milyona yaxın borcu olan biznesmenin Azərbaycandan çıxışına QADAĞA  |     16:48 Külək güclənir - XƏBƏRDARLIQ  |     16:46 Boşandıqdan sonra eyni evdə yaşamaq məcburiyyətində qalanlar bunu bilməlidir  |     16:40 Mövsümi ucuzlaşma bitir: Meyvə-tərəvəz qiymətləri yenidən arta bilər  |     16:35 Kilosu 37 manat olan kolbasa piydən ibarətdir? — "Çiy ət dadı verir" - AÇIQLAMA  |     15:47 Bakıda daha bir küçədə avtobuslar üçün xüsusi zolaq yaradıldı  |     13:58 Qonşusunu bıçaqla ürəyindən vuran şəxsə AĞIR CƏZA  |     13:52 İrandan Azərbaycana 111 kiloqram narkotiki keçirmək istədilər  |     13:45 Dövlət agentliyində YENİ TƏYİNATLAR  |     13:40 Suraxanıda ƏMƏLİYYAT: 32 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO  |     13:32 Bütün sosial ödənişlər nə vaxt yekunlaşacaq?  |     13:28 Bakıda mənzillər sürətlə bahalaşır: SON VƏZİYYƏT - VİDEO  |     13:22 Azərbaycan nefti KƏSKİN BAHALAŞDI  |     13:15 Mütəxəssis payız aylarında ağcaqanadların çoxalma səbəblərini izah etdi  |     13:10 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli HƏYATI - VİDEO  |     13:04 Beş il sonra nə baş verəcək? - Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ  |     12:59 İtaliya parlamenti 40 ildən sonra nüvə enerjisinə icazə verdi  |    
Mojo.az Avto
Mojo.az Avto

"TikTok"da yazılan şərhə görə adam bıçaqlayan şəxs: "Məni məktəbin həyətinə görüşə çağırdı..."

01.08.2024 12:19 1 779
Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Əmrah Əmrahovun cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunmuş ittiham üzrə Əmrah Əmrahov özünü qismən təqsirli bilib.

O, ifadəsində qeyd edib ki, işdə olduğu zaman "TikTok" sosial şəbəkəsində yazılan şərhə cavab verib:

"Bununla bağlı zərərçəkmiş Ömər Bəbirov məni görüşə çağırdı. Onun dediyi yerə getdim. 261 nömrəli tam orta məktəbin həyətində görüşdük. Bu zaman Ömər üzərimə gəldi. Buna görə də qorxaraq onu bıçaqla vurdum. Əməlimdən çox peşmanam. Hadisədən sonra zərərçəkmişlə barışmışam, ona vurulmuş ziyanı ödəmişəm və bu səbəbdən də Ömərin mənə qarşı heç bir şikayət və tələbi yoxdur".

Verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs vurğulayıb ki, "TikTok" zərərçəkmiş "sən burada olmamısan" şərhini yazıb:

"Mən də Ömərə cavab olaraq yazdım ki, "bəs sən necə, burada olmusan?" Bundan sonra zərərçəkmiş şəxs məni görüşə çağırdı. Görüşməyi və görüş yerini Ömər özü mənə təklif etdi. Görüş zamanı zərərçəkmiş şəxs mənim üzərimə gəldi. Bu zaman əlimi gödəkçəmin cibinə atdım. Düşündüm ki, Ömər bıçaq çıxarıb məni vuracaq. Bundan ehtiyat edərək zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirdim. Hadisə yerində məndən və Ömərdən başqa heç kəs yox idi. Hadisədən bir gün sonra özüm polis bölməsinə gedərək təslim oldum".

Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Xətai rayonunda qeydə alınıb. Belə ki, Əmrah Əmrahov "TikTok" sosial şəbəkəsində tanımadığı Ömər Bəbirovun tanışının videosunun altından rəy yazıb. Tərəflər məhz buna görə yaranan mübahisəyə aydınlıq gətirmək üçün görüş təyin edirlər. Onlar Xətai rayonu ərazisində yerləşən məktəblərin birinin həyətində görüşərək mübahisələrini davam etdiriblər. Bu məqamda Əmrah Əmrahov başı ilə Ömər Bəbirovun sifət nahiyəsindən zərbə vurub, ardınca isə üzərində gəzdirdiyi bıçaqla döş qəfəsindən bir dəfə vuraraq, onun sağlamlığına ağır zərər vurub. Əmrah Əmrahova qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə) maddəsi ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Əmrahov 6 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub.скачать dle 11.3
Mojo.az Banner