Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:51 Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı | 17:46 Ağsuda 9-cu sinif şagirdinə cinsi zorakılıq edildi - Təfərrüat | 17:38 Azərbaycanda kərə və duru yağ niyə bahalaşır? – İqtisadçı səbəbləri açıqladı | 17:31 Bakıda müdirini öldürüb meyitini gölə atan kişi və qadın hakim qarşısında | 17:27 Uşağı məktəbdə yandırılan ata: "Elə bil belə də olmalı idi" - Video | 17:06 Dublində Azərbaycan və Moldova prezidentlərinin görüşü olub - FOTo | 16:57 İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü | 16:45 Özəl məktəblər geyim qaydalarını istədikləri kimi müəyyən edə bilməz – Açıqlama | 16:42 Bakıda ərini çapacaqla yaralayan qadının məhkəməsi başlayıb | 16:41 Bakıda və rayonlarda güclü külək gözlənilir - Xəbərdarlıq | 14:45 Bakıda maşının nömrəsini oğurlayıb 2 min tələb etdilər... | 14:43 Günəşdə gözlənilməz güclü partlayış olub | 14:41 Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi | 14:14 Atasının ölümünə səbəb olan şəxs həbsdən buraxıldı | 14:07 Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir | 13:57 Sumqayıtda 25 yaşlı qadın xəstəxanaya aparılarkən yolda öldü | 13:33 Sabah Bakıda 20 dərəcə isti olacaq | 13:26 İpoteka kreditləri niyə vətəndaşlar üçün əlçatan deyil? – AÇIQLAMA | 13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək? | 13:05 DİN və ETSN birgə əməliyyat keçirdi: Altı nəfər saxlanıldı - Video |
Mojo.az Avto
Mojo.az Avto

“Baykar” münaqişə bitdikdən sonra Ukraynada tam şəkildə fəaliyyətə başlayacaq

26.07.2024 22:57 1 479
“Baykar” münaqişə bitdikdən sonra Ukraynada tam şəkildə fəaliyyətə başlayacaq
Türkiyənin “Baykar Makina” şirkətinin “Bayraktar” pilotsuz uçan aparat istehsal edən zavodu Rusiya ilə müharibə başa çatdıqdan sonra Ukraynada tam şəkildə fəaliyyətə başlayacaq.

Median.Az “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bunu “Euronews” telekanalına müsahibəsində Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.

“Biz “Baykar Makina” ilə müxtəlif səviyyələrdə, o cümlədən zavodun yaradılmasında işləyirik”, - V.Bodnar deyib.

Səfir təhlükəsizlik baxımından zavod haqqında ətraflı məlumat verməkdən imtina edib, lakin bununla bağlı irəliləyişin olduğunu qeyd edib.

O, Ukraynanın Turkish Aerospace Industries (TAI) şirkəti ilə də əməkdaşlıq etdiyini xatırladıb.

Daha əvvəl “Baykar”ın baş direktoru Haluk Bayraktar Ukraynadakı zavodun 2025-ci ildə açılacağını bildirmişdi. Planlaşdırılan investisiyaların həcmi 95,5 milyon ABŞ dollarıdır.

“Baykar” Ukraynada “Bayraktar” pilotsuz uçuş aparatlarının istehsalı üçün zavodun tikintisinə 2023-cü ilin iyul ayında başlayıb. Hər il 100-dən çox PUA-nın istehsalı planlaşdırılırdı.

Son xəbərlər