Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

"Bayraktar" PUA-ları cəbhədə faydasız olub - Ukrayna kəşfiyyatı

01.11.2023 21:20 1 980
Rusiyanın genişmiqyaslı işğalından sonra Ukrayna Silahlı Qüvvələrinin uğurlu müdafiəsini və hücumlarını təmin edən Türkiyənin "Bayraktar TB2” pilotsuz uçuş aparatları il yarımdan çox müddətdən sonra cəbhədə praktiki olaraq yararsız hala düşüb.

Bu barədə "Defence News" yazır.

"TB2-yə gəlincə, mən "faydasız" sözünü işlətmək istəmirəm, lakin onlardan istifadə üçün vəziyyətlər tapmaq çətindir", deyə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) polkovniki Vladimir Valyux deyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin müxtəlif bölmələri PUA-lardan istifadəni davam etdirir, lakin onların istifadə tezliyi və döyüş meydanındakı rolu dəyişib: "Biz TB2-yə görə son dərəcə minnətdarıq, lakin müharibənin əvvəlində onlardan daha çox istifadə olunurdu və daha çox zərbə vurulurdu".

Türkiyə dronlarının istifadəsi ilə bağlı çətinliklər Rusiya hava hücumundan müdafiə sisteminin onlara uyğunlaşması səbəbindən yaranıb. Həmçinin, Valyuxun sözlərinə görə, bu tip pilotsuz uçuş aparatlarını uğurla məhv etməyi və yatırtmağı öyrənən Rusiyanın radioelektron mübarizə sistemlərinin səmərəliliyi artıb.

"Bayraktar TB2" pilotsuz uçan aparatları 27 saat havada qala bilir, lakin Valyuxun qeyd etdiyi kimi, onların cəbhədə yarım saatdan çox uça bildiyini görməyib.

PUA istehsalçısı "Baykar" insanları özünün flaqman məhsulunun məhdud faydası ilə bağlı iddialara tənqidi yanaşmağa çağırıb. "Baykar”ın baş direktoru Haluk Bayraktar Rusiyanın Ukrayna cəbhəsində yüzlərlə orta və uzun mənzilli hava hücumundan müdafiə sistemlərini yerləşdirdiyini qeyd edərək, "Bu, işləmək üçün çətin mühitdir", deyib.

"Hazırda "Bayraktar TB2"lər əsasən gündəlik hədəf izləmə uçuşları üçün istifadə olunur", deyən Bayraktar bu cür uçuşların hücum uçuşlarından daha az dəyərli görünə biləcəyini söyləyib.

Türk şirkətinin "Defence News"a təqdim etdiyi məlumatlara görə, pilotsuz uçuş aparatlaeı Ukrayna Silahlı Qüvvələri tərəfindən tez-tez kəşfiyyatda istifadə olunur. "TB2 "açıq pəncərələr”aşkar edənə qədər hücum etmir. Onlar Rusiyanın hava hücumundan müdafiə sistemləri üçün asan hədəf olmamalıdır”, deyə Bayraktar qeyd edib.

Xatırladaq ki, Türkiyə və Ukrayna pilotsuz uçuş aparatlarının birgə istehsalının inkişafı ilə bağlı memorandum imzalayıblar. Yayda Ukraynada Türkiyə tərəfinin 100 milyon dollar sərmayə qoyacağı "Bayraktar" zavodunun tikintisinə başlanılıb. "Baykar” rəhbəri 2025-ci ildə ölkədə PUA istehsalına başlamağı gözlədiyini bildirib.

Oktyabrın əvvəlində Haluk Bayraktar şirkətinin Ukraynaya modernləşdirilmiş "Bayraktar Akıncı” pilotsuz uçuş aparatlarını vermək niyyətində olduğunu da açıqlayıb. Amma bunun üçün ilk növbədə Türkiyə rəsmilərindən icazə almaq lazımdır.
//qaynarinfoскачать dle 11.3

Son xəbərlər