Mojo.az Banner
18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |    
Mojo.az Avto
Mojo.az Avto

Almaniyalı hərbi ekspert: “Bundesver bu müharibədə Azərbaycanla mübarizə aparsaydı, heç bir şansı olmazdı”

14.06.2021 11:19 1 938
Almaniyalı hərbi ekspert: “Bundesver bu müharibədə Azərbaycanla mübarizə aparsaydı, heç bir şansı olmazdı”
“Almaniya ordusu hər gün daha da inkişaf edən döyüş pilotsuz təyyarələrinin potensial hücumundan qorunmaq üçün zəif təchiz olunub”.

“Daily Sabah”ın məlumatına görə, bu barədə Almaniyada yerləşən analitik mərkəz, Beynəlxalq PUA bazarının və 44 günlük Dağlıq Qarabağ müharibəsində pilotsuz təyyarələrin oynadığı rolun analizlərindən sonra belə bir nəticəyə gəlib.

“Bir sözlə, Bundesver bu qarşıdurmada Azərbaycanla mübarizə aparsaydı heç bir şansı olmazdı”, - deyə Almaniya Müdafiə və Strateji Araşdırmalar İnstitutunun (GIDS) müasir müharibə və yeni texnologiyalar üzrə mütəxəssisi polkovnik-leytenant Maykl Karl bildirib.

“Döyüş dronları və kamikaze dronları kimi istifadə olunan silah sistemlərinə qarşı özümüzü yetərincə qoruya bilməzdik. Təkcə Hava Hücumundan Müdafiə Qoşunlarının olmaması bizim sonumuz olardı”, - deyə o, əlavə edib.

Ekspert Azərbaycanın işğal olunmuş torpaqlarını - Qarabağ ərazilərini böyük ölçüdə Türkiyə və İsrailin istehsal etdiyi pilotsuz təyyarələr sayəsində fəth etdiyini vurğulayıb.

“Azərbaycan Ermənistanla münaqişəsində Türkiyənin “Bayraktar TB-2”sini və İsrailin “Hermes 900”ünü istifadə etdi ki, bu da Bakıya havada üstünlük verdi”, - deyə zabit bildirib.

Mütəxəssisin fikrincə, bugünkü qarşıdurmada sağ qalmaq üçün Bundesverin əsasən Almaniyanın sahib olduğu, lakin silahlı qüvvələrdə istifadə olunmayan (səs sistemləri kimi) texnologiyalara ehtiyacı var.

2014-cü ildə Türk Silahlı Qüvvələrinin silahlandırılmasına verilən “Bayraktar TB-2” pilotsuz uçuş aparatları daha sonra sursatlarla təchiz olunaraq döyüş PUA-sı halına gətirilib. 93 faiz detalı Türkiyədə istehsal olunan sözügedən PUA hazırda Türkiyə, Ukrayna, Azərbaycan və Qətərdə ehtiyatda var.

Ekspertlərin fikrincə, səhra şəraitində istismara verilən “Bayraktar TB2” zamanla regionda oyun qaydalarını dəyişdirib: Türkiyənin terrorla mübarizə əməliyyatlarında gözləniləndən daha qısa müddətdə və daha az itki ilə uğur qazanmasının bu tip pilotsuz təyyarələrlə əlaqəli olduğu düşünülür.скачать dle 11.3
Mojo.az Banner