Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Almaniya Bundesver anbarlarından Ukraynaya silah tədarükünün limitinə çatıb

05.03.2025 21:59 1 347
Almaniya Bundesver anbarlarından Ukraynaya silah tədarükünün limitinə çatıb
Almaniya Ukraynaya Bundesver (Almaniya Silahlı Qüvvələri) anbarlarından silah vermək imkanının son həddinə çatıb.

Bu barədə Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi Berlində keçirdiyi brifinqdə bildirib.

“Bilirsiniz ki, Bundesverin anbarlarından Ukraynaya artıq silah-sursat çatdırılıb. Lakin artıq təbii həddə çatılıb, çünki biz mövcud yeni şəraitdə Avropanın özünün müdafiə qabiliyyətinin gücləndirilməsindən və onların faydalı mövqelərini təmin etmək üçün digər ölkələrlə əməkdaşlıqdan danışırıq”, - nazirlik nümayəndəsi deyib.

Onun sözlərinə görə, Almaniyanın öz müdafiə qabiliyyətini gücləndirməsi prosesi Ukraynaya dəstək verməklə paralel gedir.

Son xəbərlər