Mojo.az Banner
11:47 Biləsuvarda DƏHŞƏT: Kişi arvadının bədənində siqaret söndürdü  |     11:40 Abituriyentlərin DİQQƏTİNƏ - Son gündür  |     11:34 Qapalı məkanlarda siqaret çəkənlər cərimələnə bilər – Hüquqşünas  |     11:31 Təmirə verdiyiniz əşya itərsə, nə etməlisiniz? – Hüquqşünas açıqladı  |     11:24 Paytaxtda investisiya üçün ən yaxşı ərazilər AÇIQLANDI  |     11:21 “By Ella” ləqəbli bloqer həbs edildi  |     11:16 Mirrəhim Nəbiyev vəzifəsindən azad edildi  |     22:01 "Barni Kids" və rəhbəri cərimələndi: Səbəb nədir?  |     21:55 Xankəndidə restoranın qarşısında dava-dalaş - 2 gənc həbs edildi  |     21:50 Azərbaycanda bəzi təşkilatların hesablarına kiberhücum olub  |     21:42 Prezident təqaüdçüləri ailə qurur  |     21:36 Universitetdə təmir işləri görərkən qəfil öldü  |     21:31 Heyvan kəsimində baytarlıq nəzarəti niyə vacibdir? - VİDEO  |     21:24 Qaradağda oğurluq edən şəxs saxlanıldı  |     21:19 İrəvana uçmalı olan təyyarə yararsız imiş  |     21:11 Avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb  |     21:04 Göyçayda narkotiklərin satışı ilə məşğul olan şəxslər tutuldu  |     20:58 “Sevgi evi”nin sahibi yenidən həbs olundu  |     20:51 Rəmişin Qarabağ qazisi olan qardaşı vəfat etdi - FOTO  |     20:46 Bu istiqamətə əlavə qatar reysləri təyin edildi  |    
Left Banner
Right Banner

İlham Əliyev Türkiyə və Qazaxıstanla imzalanmış sazişləri təsdiq edib

26.07.2024 16:55 1 710
İlham Əliyev Türkiyə və Qazaxıstanla imzalanmış sazişləri təsdiq edib
Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib.

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, 2024-cü il iyunun 6-da Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş" təsdiq edilib.

Dövlət başçısı digər bir Fərmanı ilə həmçinin Azərbaycanla Qazaxıstan arasında imzalanmış sazişi də təsdiqləyib.

Prezident İlham Əliyevin fərmanına əsasən, 2024-cü il iyunun 7-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.скачать dle 11.3
Mojo.az Banner