Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:09 Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar: Dörd nəfərə hökm oxundu | 18:58 Aslan Fətullayevin nəşinin Azərbaycana gətiriləcəyi və dəfn olunacağı vaxt açıqlandı | 18:50 Paşinyan Ərdoğanla danışıqlar aparır - Görüşdən ilk detallar | 18:41 Fransada gənc futbolçu məşqdə öldü | 18:33 Minaya düşən traktorçunun bir əli amputasiya olundu | 18:12 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb | 18:00 Mehriban Əliyeva COP31 Liderlər Sammitindən paylaşım etdi - FOTO | 17:56 Bir milyon manat mənimsəmədə ittiham olunan Raqif Abbasovun məhkəməsində hakim vəkilə xəbərdarlıq etdi | 17:51 Sabiq şöbə rəisinə yüksək vəzifə verildi | 17:44 Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı - VİDEO | 17:36 Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq | 17:08 Əcnəbilərin Azərbaycanda işləməsi və yaşaması ilə bağlı YENİLİK | 17:04 Dövlət komitəsinin sədri Gürcüstan səfiri ilə görüşüb | 16:57 Kafeni yandırıb ölümə səbəb olan şəxsin məhkəməsində zərərçəkən: "Ayaqlarım dizə qədər yanmışdı" | 16:50 DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq | 16:19 Ərdoğan Azərbaycana təşəkkür edib | 16:14 Azərbaycanlı bloqer Ermənistana buraxılmadı - Video | 16:12 İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib - FOTO | 16:08 Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq? | 15:50 Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi |
Mojo.az Avto
Mojo.az Avto

Dünyada hər 11-ci insan aclıqla üzləşib

25.07.2024 12:45 936
Dünyada hər 11-ci insan aclıqla üzləşib
2023-cü ildə dünyada ac insanların sayı təqribən 733 milyon nəfər təşkil edib ki, bu da Yer kürəsindəki hər 11-ci insan deməkdir.

Afrika qitəsində hər 5-ci insan aclıqla üzləşib.

Median.Az TASS-a istinadən xəbər verir ki, bu məlumatlar BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və digər humanitar agentliklərin "Dünyada Ərzaq Təhlükəsizliyi və Qidalanmanın Vəziyyəti" (SOFI) illik hesabatında yer alıb.

Hesabata görə, qlobal böhran dərinləşdikcə, ac insanların sayı ardıcıl üç ildir ki, yüksək olaraq qalır. 2019-cu ildən bəri qida çatışmazlığı yaşayan insanların sayı təxminən 152 milyon nəfər artıb.

2023-cü ildə dünya üzrə təxminən 2,33 milyard insan orta və ya ciddi şəkildə qida çatışmazlığından əziyyət çəkib. Afrikada isə əhalinin yarıdan çoxu (58%) orta və ya ağır qida çatışmazlığı şəraitində yaşayır.

Son xəbərlər