Mojo.az Banner
23:02 Alimlərdən xərçənglə bağlı yeni kəşf  |     22:57 “Evdə tək” geri qayıdır? – Makoley Kalkin 37 il sonra Kevin rolunda  |     22:50 Avqustun sonuna qədər bu 4 bürcü PUL GÖZLƏYİR  |     22:45 Eyni ofisdə fərqli iş saatları: Yeni model nəyi dəyişəcək?  |     22:38 Avtomobil bazarında kredit bumu: Elektromobil və hibridlərə maraq artır  |     22:32 Z nəsli yaşamaq üçün ən yaxşı şəhərləri seçdi (SİYAHI)  |     22:25 Dünyada 2,2 milyard insanın görmə problemi var  |     22:20 Rusiyada təyyarə eniş zamanı zolaqdan çıxdı  |     22:12 "Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır" - Alparslan Bayraktar  |     22:07 Estoniya Rusiya ilə sərhdə bağlamaq istəyir  |     21:57 İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar  |     21:44 Saray qəsəbəsində zəncirvari avtomobil qəzası baş verib  |     21:43 Co Baydenin səhhəti pisləşdi  |     21:09 DİN, Baş Prokurorluq və ANAMA Xocavənddə mina partlayışı ilə bağlı məlumat yaydılar  |     20:58 Diş fırçası nə qədər müddətdən bir dəyişdirilməlidir?  |     20:26 Oman sahillərində yük gəmisinə hücum edilib  |     20:18 İnsanda primitiv düşüncəni göstərən 5 vərdiş  |     20:17 "Roma" klubu Lorenzo Pelleqrini ilə müqavilənin müddətini uzadıb  |     19:55 Səudiyyə Ərəbistanından İrana XƏBƏRDARLIQ  |     19:50 Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir?  |    
Left Banner
Right Banner

Radio həvəskarı olan sürücülərə şad xəbər: Tezlik problemi aradan qalxır

22.07.2024 12:53 1 266
Radio həvəskarı olan sürücülərə şad xəbər: Tezlik problemi aradan qalxır
"Azərbaycanda FM radioyayımlar, əsasən, paytaxt ərazisində yayımlanıb və bölgələrdəki əhalinin milli radio proqramlarını qəbuletmə imkanı məhdud olub".

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli Sərəncamının icra vəziyyəti ilə bağlı brifinqdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.

O qeyd edib ki, FM radioyayım avadanlıqları parkının müasirləşdirilməsinə, radioyayım infrastrukturunda müəyyən təmir-bərpa işlərinin görülməsinə ehtiyac yaranıb:

"Həmçinin, bəzi stansiyalarda elektrik enerjisi təsərrüfatı köhnəldiyi üçün dayanıqlı enerji təminatı vacib bir məsələyə çevrilib. Bütün bu amillər FM radioyayım şəbəkəsinin keyfiyyətinin və dayanıqlılığının artırılması üçün kompleks həll tələb edir.

Sözügedən sərəncamın məqsədi məhz buna yönəlib. Belə ki, radioyayım şəbəkəsində təkmilləşdirmə işləri aparılmaqla milli radioların bütün ölkə ərazisində yayımının təmin olunması və bu istiqamətdə, əsasən, özəl yayımçılara dövlət dəstəyinin göstərilməsi sərəncamdakı mühüm məqamlardan biridir".

S.Məmmədov bildirib ki, bu layihə çərçivəsində həm də yeni texnologiyaların istifadəsi nəzərdə tutulub:

"Qurulmaqda olan Radio Data Sistemi sayəsində hərəkətdə olan nəqliyyat vasitəsi bir bölgədən digər bölgənin ərazisinə keçdikdə tezliyin avtomatik tənzimlənməsi baş verəcək. Bu isə indiyədək mövcud olan tezliklərin dəyişməsi, radiosiqnalın itməsi kimi problemləri aradan qaldıracaq.

Sərəncamın icrası ilə bağlı hazırda intensiv işlər görülür. Bu işlər çərçivəsində artıq nəzərdə tutulan stansiyaların əksəriyyətində avadanlıqlar quraşdırılıb. Hazırda sınaq yayımları və texniki-tənzimləmə işləri aparılır. Aparılmış radiomonitorinqlər bu yayımların keyfiyyətli təşkil edildiyini göstərir. Yaxın aylar ərzində işlərin tam başa çatdırılması nəzərdə tutulur. Bu müddət ərzində yeni ayrılmış tezliklərin qonşu ölkələrlə və beynəlxalq səviyyədə koordinasiyası davam etdiriləcək".скачать dle 11.3
Mojo.az Banner