Mojo.az Banner
21:32 Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - Xidmət rəisindən AÇIQLAMA  |     21:21 Rusiyada məşhur komediyaçı ilə bağlı qərar verildi  |     21:09 Bakı metrosunda sərnişin qatar yoluna düşdü  |     21:03 Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB  |     20:58 Cərimə meydançasından 7 980 manatlıq oğurluq: 3 nəfər cəzalandırıldı  |     20:50 Məhkəmə böhtan ittihamı ilə bağlı iki şəxsə bəraət verdi  |     20:45 Çörəyi tamamilə kəsmək arıqlamağa kömək edir?  |     20:39 Alkoqollu içkilərin satışı mağazasında saxta içkilər aşkarlandı  |     20:25 Həbsxanaya ayaqqabının içində telefon keçirmək istədi  |     20:20 Bloger Tbilisidə yaşadığı mənzildə ölü tapıldı  |     20:13 "Gənclər 500 manat maaşla necə yaşasınlar?" - İlham Namiq Kamal  |     20:07 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb  |     20:00 "Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edildi  |     19:54 Pilot layihə ilə evləri sökülən sakinlər illərdir mənzillərinə köçə bilmirlər - VİDEO  |     19:49 Polis bir gündə 50 nəfəri tutdu  |     19:43 Bakıda qiyməti 200 mindən yuxarı olan evlər ucuzlaşacaq? - AÇIQLAMA  |     19:35 Keçmiş deputat tələbə oldu  |     19:30 Sentyabrın 5-dək meteor yağışı olacaq  |     19:23 Bakıda səs-küy yayılan daha bir restorandan ŞİKAYƏT- VİDEO  |     19:17 Kamran Əliyev Yasamalda vətəndaşları qəbul edəcək  |    
Left Banner
Right Banner

Radioyayım şəbəkəsində təkmilləşdirmə - ölkə ərazisində kənar müdaxilələrə son qoyulur - ARAŞDIRMA

11.04.2025 20:29 759
Radioyayım şəbəkəsində təkmilləşdirmə - ölkə ərazisində kənar müdaxilələrə son qoyulur - ARAŞDIRMA
Gündəlik həyatımızı informasiyasız, xəbərsiz təsəvvür etmək mümkün deyil. Xəbər mənbələri artır, yeni-yeni informasiya vasitələri yaranır. Lakin etiraf edək ki, bu informasiya vasitələri sırasında radioyayım şəbəkəsi, radiolar özünəməxsus rol oynayır. Radio informasiya vasitəsi rolunu oynamaqla yanaşı, həm də əyləncəli, bir növ mənəvi qida rolunu oynamaqdadır.

Televiziya ilə yanaşı, radiolar da müasir dövrün ən güclü informasiya vasitələrindən biri olaraq cəmiyyətlərin formalaşması, inkişafı, milli adət-ənələrimizin təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin güclənməsində mühüm rol oynayır. Bunun nəticəsidir ki, əhalinin böyük bir qismi gündəlik həyatlarını radiosuz təsəvvür etmir. Ölkə ərazisində çoxsaylı radio kanalları fəaliyyət göstərir və əhali də bundan uğurla yararlanır. Lakin etiraf edilməlidir ki, son illərə qədər bu sahədə müəyyən problemlər var idi. Regionlara gedən zaman qonşu dövlətlərin radiotezlikərinin kənar müdaxiləsi ilə hər birimiz üzləşmisik. Etiraf da edilməlidir ki, bu məsələ hər birimizi narahat etməklə yanaşı, ciddi düşünməyə məcbur edib.

Sual edirdik axı necə olur ki, başqa ölkənin radiotezliyi az qala paytaxtın ətrafına qədər gəlib çıxır? Müzakirə və müvafiq addımlar atılsa da, problem öz həllini tapmırdı. Nəticə də, qonşu dövlətlərin güclü radio stansiyaları regionlarda ciddi problemlər yaratmaqda davam edirdi.

Prezident İlham Əliyevin 2023-cü il 24 iyul tarixli "Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında" sərəncamı bu problemin həllində inqilabi dəyişikliklərə səbəb oldu. Həqiqətən də, sərəncam bir çox aspektlərdən, xüsusilə də informasiya təhlükəsizliyinin təmin edilməsi, ölkənin radioməkanına kənar, xüsusilə də konstitusiya quruluşumuza zidd ideoloji təbliğat xarakterli müdaxilələrin qarşısının alınması baxımından mühüm əhəmiyyətə malik oldu. Həmin Sərəncamın icrası üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 13,7 milyon manat maliyyə vəsaiti ayrıldı. Maliyyə vəsaiti, ilk növbədə ölkədə mövcud olan yayım stansiyalarının maddi-texniki bazasının yaxşılaşdırılması, dayanıqlı fəaliyyətinin təmin edilməsi və fasiləsiz enerji təminatı üçün zəruri infrastrukturun yaradılmasına səbəb oldu.


Nəticədə, bu stansiyalarda ümumilikdə 176 ədəd FM radioyayım ötürücüsü, 60 dəst anten sistemi, 48 ədəd cəmləmə qurğusu, 67 ədəd peyk avadanlığı və 44 ədəd RDS quraşdırılıb, yayımları təşkil edilən stansiyalar üzrə radiomonitorinqlər aparılıb. Artıq əvvəllər problemlər yaşayan əhali bu üstünlükdən yararlana bilir, FM radioyayımların təşkili məqsədilə istifadə olunan tezlik resurslarının məşğul edilməsi kənar FM radioyayımların ölkə ərazisində sayının azalmasına səbəb olub. Həmçinin yeni ayrılmış 127 ədəd tezlik nominalının qonşu dövlətlər tərəfindən istifadəsi də artıq mümkün deyil.

15-16 ümumölkə radio kanalına əlçatanlıq təmin olunduqdan sonra qonşu ölkələrin radio kanalları ilə bağlı yaranan xoşagəlməz durum öz əhəmiyyətini itirib.

Dövlət başçısının sərəncamı, ölkənin informasiya məkanının qorunması, inkişaf etdirilməsi, coğrafi və kontent baxımından daha geniş təsir imkanlarına malik olması baxımından mühüm önəm daşıyıb. Bu həm də ölkədə radioyayım sahəsinə, radio kanalların səmərəli fəaliyyətinə dövlət qayğısının təzahürüdür.


Məsələyə münasibət bildirən “Teleradio” İstehsalat Birliyinin Baş direktor müavini Elman Həsənov bildirib ki, Prezident sərəncamının icrası radio yayımlarında yeni imkanlar yaradıb: "Görülən işlər nəticəsində radioyayım şəbəkəsində təkmilləşdirmə işləri aparılıb və milli radioların bütün ölkə ərazisində yayımı təmin edilib. Bu da öz növbəsində yayımçıların reklam bazarının genişləndirilməsi ilə kommersiya fəaliyyətinə əlavə imkanlar yaradıb və nəticə etibarilə əsasən özəl yayımçılara dövlət dəstəyi göstərilib.
Sözügedən Sərəncam ümumilikdə medianın inkişafı, söz və məlumat azadlığının genişləndirilməsi üçün böyük töhfədir. Layihənin icrası çərçivəsində Bakı şəhəri və Abşeron yarımadası ərazisində qəbul edilən FM radioyayımların bölgələrdə də qəbulu mümkündür. Bununla da regionlarda qəbul olunan yerli FM radioyayımların sayı qonşu ölkələrin ərazisindən daxil olan kənar FM radioyayımların sayına nisbətdə artıb".

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov də hesab edir ki, bir müddət əvvələ qədər Azərbaycanın bəzi bölgələrində radioyayımın zəif olması və ya xarici radiostansiyaların tezliklərə müdaxilə etməsi ciddi problemlərdən biri idi: “Bu, xüsusilə sərhəd və dağlıq ərazilərdə əhalinin yerli radiokanallara çıxış imkanlarını məhdudlaşdırırdı. Lakin dövlətin bu sahəyə ayırdığı maliyyə və texniki resurslar, o cümlədən müvafiq sərəncamlarla həyata keçirilən yenidənqurma işləri nəticəsində bu problemlərin əksəriyyəti aradan qaldırılıb”.

Onun sözlərinə görə, hazırda ölkə ərazisinin böyük hissəsində radioyayım daha stabil və keyfiyyətli şəkildə təmin olunur. Yeni nəsil ötürücülərin quraşdırılması, rəqəmsal radio formatlarının tətbiqi və tezlik spektrinin optimallaşdırılması, həm yayım keyfiyyətini artırıb, həm də xarici müdaxilələrin qarşısını böyük ölçüdə alıb. Bu addımlar təkcə texniki deyil, həm də informasiya təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır:

“Ümumilikdə, radioyayım sahəsi artıq yalnız ənənəvi FM dalğaları ilə məhdudlaşmır. İP radio, rəqəmsal yayım və mobil tətbiqlər üzərindən radio dinləmə imkanlarının artması, dinləyici auditoriyasının seçimlərini genişləndirir. Gələcəkdə bu sahədə daha çox rəqəmsallaşma və fərdi istifadəçi təcrübəsinə uyğunlaşdırılmış radio xidmətlərinin inkişafı gözləniləndir”.//report.azскачать dle 11.3
Mojo.az Banner