Mojo.az — elanlar
RU
Son Xəbərlər
11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |     11:01 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal  |     23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |    
Mojo.az Avto
Mojo.az Avto

MTRŞ “Lider” TV ilə bağlı bəyanat yayıb

21.08.2020 19:15 1 720
MTRŞ “Lider” TV ilə bağlı bəyanat yayıb
Milli Televiziya və Radio Şurası bəyanat yayıb.

Bəyanatda deyilir:

“Bəzi informasiya saytlarında “Lider” TV kanalının kabel yayımının dayandırılması və kabel operatorlarının paketlərində həmin kanalın əvəzinə APA TV kanalının yayımlanacağı barədə məlumatlar yayılıb.

Milli Televiziya və Radio Şurası olaraq bildiririk ki, “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığından “Lider TV” kanalının lisenziyası qüvvədədir və kanal fəaliyyətini davam etdirir. Açıq yerüstü yayımda olan bütün ümümölkə kanalları kimi “Lider” TV kanalı da bütün kabel operatorları vasitəsilə yayımlanır. Milli Televiziya və Radio Şurasının qərarı olmadan həmin kanalın kabel şəbəkələri vasitəsilə yayımının dayandırılması və həmin kanal əvəzinə APA TV və ya “Baku” TV kimi internet televiziya kanallarının kabel şəbəkəsi vasitəsilə yayımlanması barədə xəbərlər həqiqəti əks etdirmir.

Qeyd olunmalıdır ki, APA TV və “Baku” TV kimi internet televiziya kanalları açıq yerüstü yayımda olmadığından onların kabel operatorlarının paketlərində yayımlanması qadağandır.

İnformasiya saytlarının redaktorlarından xahiş olunur ki, bu kimi məlumatları paylaşmamışdan qabaq televiziya və radio yayımı sahəsində tənzimləyici orqan olan Milli Televiziya və Radio Şurasından dəqiq informasiya əldə etsinlər”.

Son xəbərlər