Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |     11:17 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR  |     23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |    
Mojo.az Avto
Mojo.az Avto

Gizli informasiya almaq üçün texniki vasitələrin siyahısı genişlənib

06.12.2024 13:03 1 317
Gizli informasiya almaq üçün texniki vasitələrin siyahısı genişlənib
"Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin Siyahısı"nda dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarla "Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin Siyahısı" genişləndirilib.

Belə ki, sözügedən siyahıya aşağıdakı məzmunda 17-24-cü hissələr əlavə edilib:

- İnsanın psixofiziki reaksiyalarının qeydi üçün çoxkanallı registratorlar;

- Radioyayım qurğularının olduğu yerin müəyyən edilməsi və nəzarətdə saxlanılması üçün nəzərdə tutulmuş radioavadanlıq daxil olmaqla, ötürülən məlumatın və gizli yerləşdirilmiş texniki vasitələrin aşkar edilməsi üçün çoxfunksiyalı texniki vasitələr;

- Akustik məlumatın məsafəyə ötürülməsi, işlənilməsi, gücləndirilməsi və dəyişdirilməsi üçün texniki vasitələr;

- Video və (və ya) audioməlumatın gücləndirilməsi, işlənilməsi, yazılması, saxlanılması və əks etdirilməsi üçün kiçik ölçülü (50x50x50 mm-dən az) texniki vasitələr;

- Təsvirin ötürülməsi, optik və ya optik-elektron dəyişdirilməsi üçün texniki vasitələr;

- Radioyayım tezlik diapazonlarından kənarda işləyən ötürücü-qəbuledici radioavadanlıq;

- Telefon danışıqlarının çoxkanallı (2 və daha çox xətlərdən) qeydini (yazılmasını) aparan texniki vasitələr və proqram təminatları;

- Radioefirdə nəzarət və axtarış həyata keçirilməsi üçün gizli daşınan radiopelenqasiya və radionaviqasiya vasitələri.

Son xəbərlər