Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:49 "Xruşşovka"larda yeni dövr başlayır: Binaların taleyi necə olacaq? | 17:09 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər - Foto | 17:05 Sabah Bakıda külək güclənəcək - Xəbərdarlıq | 16:06 Jurnalist Elnur Şükürov həbs edildi | 16:04 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı | 15:46 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı | 15:44 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 15:41 Tofiq Əliyev dünya çempionatında gümüş medal qazandı | 15:27 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto | 15:24 Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var | 15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı | 15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi | 15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO | 15:08 Sabah Bakıda intensiv yağış yağacaq | 14:52 İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı | 14:29 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - FOTO | 14:12 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO | 14:09 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır | 14:07 Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi | 14:05 Azərbaycan nefti bahalaşıb |
Mojo.az Avto
Mojo.az Avto

Qubadlıda radio yayımı olacaq

23.01.2024 19:25 1 104
Qubadlıda radio yayımı olacaq
Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. İclasda iki məsələ müzakirəyə çıxarılıb.

Şuradan verilən xəbərə görə, ilk olaraq, FM radio yayımının aparılması üçün ölkə ərazisində boş olan və istifadəyə yararlı radiotezliklər barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsindən alınmış məlumatlar nəzərdən keçirilib və bu məlumatlar əsasında yeni lisenziya əsasında ümumölkə yerüstü radio yayımı fəaliyyətinin aparılmasının mümkünlüyü müzakirə olunub.

Müzakirələrdən sonra Audiovizual Şura ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün müsabiqənin elan olunması barədə qərar qəbul edib. Müsabiqə ilə bağlı şərtlər Audiovizual Şuranın rəsmi veb-saytında yerləşdiriləcək və ölkənin rəsmi qəzetində dərc olunacaq.

İclasda, həmçinin Qubadlı rayonu ərazisində yayım infrastrukturunun yenilənməsi ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsindən və “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyindən alınan məlumatlara əsaslanaraq həmin ərazidə açıq (ödənişsiz) rəqəmsal yerüstü televiziya yayımının və analoq FM yayımının genişləndirilməsi məsələsi müzakirə olunub. Bu kontekstdə, “Azərbaycan Radiosu” və “İctimai Radio”nun həmin ərazidə yayımının təmin olunması ilə bağlı müvafiq olaraq “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-dən və “İctimai Televiziya və Radio Yayımları Şirkəti”ndən Azərbaycan Respublikası Audiovizual Şurasına daxil olmuş məktublara da baxılıb. Alınmış Qərara əsasən Qubadlı rayonu ərazisində yerləşən “Balasoltanlı” RTYS-dan 43-cü TV yayım kanalı açıq (ödənişsiz) rəqəmsal yerüstü televiziya yayımının aparılması üçün “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin istifadəsinə ayrılıb.

Həmçinin həmin stansiyadan 89.5 MHs radiotezliyi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin və 96.9 MHs radiotezliyi “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin istifadəsinə ayrılıb.

Son xəbərlər