Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:25 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi | 16:22 Bakıda qaraj tapmaq da bahalaşır: Qiymətlər niyə artır? | 16:19 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur | 15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı | 14:09 Dekabrda neçə gün iş olmayacaq? | 13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb | 13:35 Sabah yağış yağacaq, külək əsəcək | 13:27 Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video | 13:23 Paşinyan Türkiyəni seçdi - KTMT sammitinə getməyəcək | 13:10 Azərbaycan millisinin dünya reytinqində yeri məlum oldu | 13:09 Tbilisidə Heydər Əliyevin büstünə ziyan vurmaqda ittiham olunan erməniəsilli şəxsin məhkəməsi təxirə salınıb | 13:07 Azərbaycan nefti kəskin ucuzlaşdı | 12:52 İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO | 12:50 XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib - FOTO | 12:36 "TikTok"la bağlı qalmaqal böyüyür: 26 mindən çox şübhəli hesab üzə çıxarıldı | 12:27 Sumqayıtda peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək? - Video | 12:18 Röya Ayxanın adından dələduzluq - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

"Arab News": "COP29 ərəfəsində Azərbaycan yaşıl inkişaf məqsədlərinə nail olmağa çalışır"

20.07.2024 17:27 1 170
"Azərbaycan qlobal neft-qaz sənayesində əsas oyunçu və təsdiqlənmiş neft ehtiyatlarına görə dünyada 20-ci yerdə olsa da, onun yaşıl inkişaf strategiyasının əsas sütunlarından biri bərpaolunan enerji infrastrukturunun sürətlə genişləndirilməsidir".

AZƏRTAC xəbər verir ki, bu barədə "Arab News" qəzetində dərc olunan məqalədə bildirilib.

Məqalədə qeyd olunub ki, COP29 tədbiri ərəfəsində ev sahibi ölkə kimi Azərbaycan yaşıl inkişaf məqsədlərinə nail olmaq üçün səylə çalışır.

"Ölkə ənənəvi enerjidən asılılığını azaltmaq, bərpaolunan enerjiyə keçid və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində qlobal səylərdə iştirak etmək üçün əhəmiyyətli dəyişikliklər edib", - deyə məqalədə bildirilib.

Diqqətə çatdırılıb ki, 2020-ci ildə Azərbaycanın Energetika Nazirliyi ilə BƏƏ-nin "Masdar" şirkəti arasında ölkədə ilk Günəş enerjisi qurğusunun - 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının yaradılmasına dair saziş imzalanıb:

"Layihə 550 hektar ərazini əhatə edir və hazırda Günəşin birbaşa işığını və yerdən Günəş işığının əksini çəkən 570 min ədəd ikiüzlü fotovoltaik panellərə malikdir".

Qaradağ Günəş Elektrik Stansiyasının ölkə üzrə meneceri Murad Sadıxov "Arab News"a müsahibəsində bildirib ki, qurğu indiyədək 24 giqavat enerji istehsal etmək gücünə çatıb:

"Lakin biz qarşıya 2032-ci ilə qədər 100 giqavat hədəfinə çatmaq üçün çox iddialı bir məqsəd qoymuşuq".

Məqalədə vurğulanıb ki, Azərbaycan bərpaolunan enerji layihələrinin həyata keçirilməsi ilə yanaşı, həm də öz cəmiyyətini ənənəvi yanacaqtutumlu nəqliyyat vasitələrinin istifadəsindən yaşıl nəqliyyat növlərinə keçməyə təşviq edir.

"Hökumət elektrik avtomobillərin istifadəsini təbliğ edir. Elektromobilliyin inkişafı üçün plan həyata keçirilir, həmçinin ixtisaslı kadrlar işə götürülüb. Elektrik nəqliyyat vasitələrindən istifadəni maksimallaşdırmaq üçün özündə vergi güzəştini ehtiva edən yeni qanun layihələri hazırlanıb ki, bu, ictimai nəqliyyatda da elektrik nəqliyyat vasitələrini təşviq edir", - deyə məqalədə vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan, həmçinin, ekoloji cəhətdən təmiz təcrübələr haqqında ictimaiyyətin məlumatlılığının artırılmasına və davamlı inkişaf sahəsində gələcək nəsil mütəxəssislərin hazırlanmasına böyük sərmayə yatırır.

"Hazırda universitetlərin əksəriyyətində bərpaolunan enerji ilə bağlı xüsusi proqramlar mövcuddur", - Murad Sadıxov bildirib.

Son xəbərlər