Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Şuşada keçiriləcək konfrans iştirakçıları şəhərin tarixi məkanları və quruculuq işləri ilə tanış olublar

17.07.2024 20:59 708
Şuşada keçiriləcək konfrans iştirakçıları şəhərin tarixi məkanları və quruculuq işləri ilə tanış olublar
Şuşada keçiriləcək konfrans iştirakçıları şəhərin tarixi məkanları və quruculuq işləri ilə tanış olublar
Şuşada keçiriləcək “İslam Dünyasında Qadınlar: Ənənələr və çağırışlar” konfransının iştirakçıları şəhərin tarixi məkanları və həyata keçirilən abadlıq-quruculuq işləri ilə tanış olublar
.

Median.Az xəbər verir ki, qonaqlar əvvəlcə "İsa bulağı" istirahət kompleksini ziyarət ediblər.

Onlara Vətən müharibəsindən sonra İsa bulağının bərpası və tarixinin özünə qaytarılması ilə bağlı aparılan işlər haqqında məlumat verilib. Qeyd edilib ki, bulağın özü mərmərdən hazırlanıb, “İsa bulağı” sözləri isə milli ornamentlə yazılıb və bulağın su təminatı da tam bərpa olunub. Bulağın ətrafındakı istirahət mərkəzi və restoran milli üslubda təmir edilib, ərazidə abadlıq işləri aparılıb.

Qonaqlar, həmçinin Molla Pənah Vaqifin Muzey-məqbərə Kompleksinə və Şuşa qala divarlarına da baxıblar.

Gəzinti zamanı konfrans iştirakçıları işğal dönəmində mədəniyyət abidələrinə ermənilər tərəfindən vurulan ziyan, qədim artefaktların saxtalaşdırılması barədə məlumatlandırılıblar.

Qeyd olunub ki, tarixi, dini və memarlıq abidələrinin bərpa və yenidən qurulmasında Heydər Əliyev Fondu yaxından iştirak edir.

Daha sonra Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.

Günün sonunda konfrans iştirakçıları üçün konsert proqramı təşkil olunub.

Qeyd edək ki, iyulun 18-də Şuşada Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "İslam Dünyasında Qadınlar: Ənənələr və çağırışlar" konfrans keçiriləcək.скачать dle 11.3
Mojo.az Banner