Mojo.az Banner
13:17 Nazirlikdən direktorlara xəbərdarlıq: Hədiyyə qəbul etmək qadağandır  |     13:08 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinin iştirakçıları Füzuli və Şuşada olublar

29.10.2021 19:13 819
Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinin iştirakçıları Füzuli və Şuşada olublar
Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinin iştirakçıları oktyabrın 29-da Füzuli və Şuşa şəhərlərində olublar.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

20-yə yaxın ölkədən rəsmi şəxslərin, investorların və startapların iştirak etdiyi səfər Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə bu yaxınlarda istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanından başlayıb. Füzulidən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gedən qonaqlar Ermənistan tərəfindən işğal dövründə törədilmiş dağıntı və vandalizmin nəticələri, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri, şəhərin tarixi-mədəni irsi, eləcə də Qarabağ regionunun iqtisadi və investisiya potensialı ilə tanış olublar. Şuşa mərkəzi meydanı, Şuşa qalası, Yuxarı Gövhər Ağa Məscidi və Cıdır düzü qonaqların böyük marağına səbəb olub. Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qonaqlara Füzuli və Şuşa şəhərləri barədə məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.

Daha sonra sammit iştirakçıları Gəncə şəhərində olublar. Məlum olduğu kimi, 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilib və Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti də məhz dahi şairin 880 illiyinə həsr olunub. Qonaqlar Gəncə şəhərində İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən raket hücumuna məruz qalmış yaşayış məntəqəsində olub, terror aktı qurbanlarının xatirəsini yad ediblər. Sammit iştirakçıları, həmçinin, görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət edib, Gəncə Dövlət Filarmoniyasında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş mədəni tədbirdə iştirak ediblər.

Qeyd edək ki, 27-29 oktyabr tarixlərində Bakıda keçirilmiş Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə keçirilib. Tədbirdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdən dövlət rəsmiləri, beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri, iş adamları, investorlar, startaplar, gənclər təşkilatları, ümumilikdə 20-dən çox ölkədən nümayəndələr iştirak edib. Sammit çərçivəsində 7 mövzuda panel müzakirələr və ikitərəfli görüşlər təşkil olunub, İƏT ölkələrindən 50 startapın təqdimatı, gənclərin iştirakı ilə konfrans, Nizami Gəncəvinin 880 illiyi ilə bağlı mədəni proqram və digər tədbirlər təşkil olunub.скачать dle 11.3
Mojo.az Banner