Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Könüllü təşkilatları Şuşaya səfər etdilər

13.09.2021 20:07 1 146
Könüllü təşkilatları Şuşaya səfər etdilər
Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə sentyabrın 13-də könüllülük təşkilatlarının nümayəndə heyətinin işğaldan azad olunmuş Şuşa şəhərinə səfəri təşkil olunub.

Səfərin məqsədi Ermənistan tərəfindən işğal dövründə törədilmiş dağıntı və vandalizmin nəticələrini görmək, işğaldan azad edilmiş torpaqlarda hazırkı mövcud vəziyyətlə tanış olmaq, şəhərin tarixi-mədəni irsi ilə, eləcə də görülən abadlıq-quruculuq işləri ilə tanış olmaqdır.

Səfər çərçivəsində 50-dən çox təşkilat nümayəndəsi Cıdır düzü, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini, Qala divarlarını, Gəncə qapısı, Prezident İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən, Azərbaycan mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri, ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşicəsinə dağıdılmış digər mədəniyyət abidələri, inzibati və yaşayış binalarını ziyarət ediblər.

Səfər iştirakçıları 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbənin şəhid olmuş qəhrəmanlarının ruhlarını ehtiramla yad ediblər.

Qeyd edək ki, bundan əvvəl Gənclər Fondunun təşkilatçılığı ilə könüllü təşkilatlarının Ağdama səfəri təşkil olunub.скачать dle 11.3
Mojo.az Banner