Mojo.az Banner
23:02 Azərbaycanda vergi borcları 4 milyardı keçib  |     22:57 ABŞ məhkəməsi Ağ Evdə bal zalının tikintisini danyandırmağa dair qərar verib  |     22:31 İspaniya klubu Zidanın oğlu ilə müqaviləni vaxtından əvvəl dayandırdı  |     22:19 Vəkil İlqar Həmidov həbs edildi  |     22:13 Ravil Tağıyev vəzifəsindən AZAD EDİLDİ  |     21:54 Heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlanıb (Video)  |     21:52 İranda hərbçilərin olduğu ərazidə güclü PARTLAYIŞ: Ölənlər var  |     21:18 Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib?  |     21:17 Laçında yaşayış evlərinin yaxınlığında YANĞIN  |     21:13 Bakı və Zəngilanda ağaclar qanunsuz kəsilib  |     21:11 Cəbrayılda iki kənddə yanğın: FHN hərəkətə keçdi  |     20:33 Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu  |     20:31 Abşeronda evdən qızıllar oğurlandı: Ustalar tutuldular  |     20:30 "Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi  |     19:15 Trampdan xəbərdarlıq: "Demokratlar seçilsə, son respublikaçı prezident mən ola bilərəm"  |     19:05 Ağdaşda 17 yaşlı qıza toy etmək istədilər: POLİS MÜDAXİLƏ ETDİ  |     18:59 Rusiya Ukraynanın neft-qaz obyektlərinə kütləvi zərbələr endirdi  |     18:35 KMBİ: İki mindən çox xarici sayta qanunsuz müdaxilə edən şəxslər tutulublar - VİDEO  |     18:30 Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur  |     17:28 Hava ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, dolu düşəcək  |    
Left Banner
Right Banner

Məscidlərdə vakant vəzifələrin tutulması ilə bağlı müsahibədən 110 namizəd keçə bilməyib

08.07.2024 20:50 1 158
Məscidlərdə vakant vəzifələrin tutulması ilə bağlı müsahibədən 110 namizəd keçə bilməyib
İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün keçirilən növbəti müsahibə mərhələsi başa çatıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) verilən məlumata görə,13 dekabr -13 yanvar tarixlərində elan edilən müsahibəyə 7 vakant yer üzrə 185 namizədin müraciəti qeydə alınıb.

27 iyun-06 iyul tarixlərində baş tutan müsahibədə 171 nəfər iştirak edib. Qadın dini ayinlərinin icraçısı vəzifəsi üçün 1 vakant yer üzrə imtahanda iştirak edən 54 namizəddən 17-i, 6 imam və imam müavini vakansiyası üzrə isə 117 nəfərdən 44-ü müsahibədə uğur qazanıb. Ümumilikdə 110 namizəd keçid balını toplaya bilməyib.

Qeyd edək ki, DQİDK-nın ilahiyyatçı mütəxəssislərdən təşkil etdiyi Müsahibə komissiyası tərəfindən seçimləri aparılan müsahibənin nəticələri keçirildiyi gün Komitənin rəsmi internet saytında (scara.gov.az) elan edilib. Uğur qazanmış namizədlər təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü müddətində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrə təyin olunacaq.скачать dle 11.3
Mojo.az Banner