Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib | 22:28 "Zelenski Ukraynanı ətçəkən maşına çevirib" - Zaxarova | 22:20 4 tibb müəssisəsində qanun pozuntuları aşkarlandı - Rəhbərləri çıxarıla bilər | 22:14 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - Foto | 22:08 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı | 22:02 Ölkədə əcnəbi tələbələrin təhsilinə daha çox pul ayrılacaq | 21:57 Avrozonada inflyasiya son üç ilin rekordunu qırdı | 21:49 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq | 21:44 Rafael Nadal "Real Madrid"in rəhbərliyində yer ala bilər | 21:36 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq | 21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda həyat sığortası həyat tərzi ilə əlaqələndirilə bilərmi?

25.06.2024 20:22 828
Azərbaycanda həyat sığortası həyat tərzi ilə əlaqələndirilə bilərmi?
Dünyada həyat sığortasının insanların həyat tərzi, vərdişləri ilə əlaqələndirilməsi tendensiyası güclənməkdədir.

Yəni, sığortaçılar hesab edir ki, "canının qədrini bilməyən", nə cür gəldi ömür sürən, pis vərdişləri olan insana münasibətdə daha sərt davranmaq, onun həyatını sığortalamaq üçün nisbətən çox sığorta haqqı almaq lazımdır.

Bu yanaşma sığortalıları sağlam həyat tərzinə təşviq edir, sığorta şirkərtlərinə isə xərclərini optimallaşdırmağa imkan verir. Bəs Azərbaycanda bunun tətbiqi nə dərəcədə realdır?

“Report” mövzu ilə bağlı araşdırma aparıb.

Sığorta bazarı üzrə ekspert Kamran Babayev hesab edir ki, sığortaçılar məsuliyyətsiz müştərilərinə müəyyən məhdudiyyətlər tətbiq edə bilər: “Qanunvericilik sığortalı şəxsi cərimə etməyə imkan vermir, amma bundan çıxış yolu var. Məsələn, ekstremal idman növləri ilə məşğul olan, spirtli içki qəbul edən, siqaret çəkən şəxsin sağlamlığında problem yaranırsa, ona sığorta ödənişi verilməyə bilər və ya bəri başdan onun sığortalanmasından imtina edilə bilər. Yəni, Azərbaycanda da həyat sığortası şirkətləri xaricdə olduğu kimi maraqlı paketlər hazırlaya bilərlər. Məsələn, müştəri sağlam həyat tərzi sürürsə, fitnes proqramlarında iştirak edirsə, ona endirim edə bilərlər. Zərərli vərdişlərdən imtina edən müştərilərə də həvəsləndirici paketlər təqdim etmək olar. Və yaxud, müştəri sığortalanmamışdan əvvəl bir ərizə forması doldurur. Sığortaçı sualların cavablarından asılı olaraq müştərini sığortalayır. Hətta müştəri yanlış məlumat versə, sığorta şirkəti sonradan müqaviləyə xitam verə bilər".

"Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyində də həyat sığortasının həyat tərzi ilə əlaqələndirilməsini mümkün hesab edirlər. Qurumdan bildirilib ki, bu, həm sığortalılar, həm də sığortaçılar üçün əhəmiyyətli faydalar təmin edə, ümumi sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına töhfə verə bilər. "Bu dəyişiklik öz növbəsində texnologiyanın inkişafı ilə bilavasitə əlaqəlidir. Fitnes izləyiciləri və "ağıllı" saatlar kimi geyinilə bilən cihazlar insanların fiziki fəaliyyətlərini izləyərək sığortaçılara dəqiq məlumat təmin edir. Bu cihazlarla əldə edilən məlumatlar sığorta tariflərinin təyin edilməsində istifadə edilir. Bu yanaşmanın sığortalılar üçün əsas faydalardan biri, sağlam həyat tərzi nümayiş etdirərək sığorta xərclərini azaltmaq imkanıdır. Müntəzəm olaraq fiziki fəaliyyətlə məşğul olan fərdlər daha aşağı sığorta haqqı ödəmək şansı əldə edirlər. Bununla yanaşı, sağlamlıq vəziyyətinin yaxşılaşdırılması, həyat riskinin azalması da əhəmiyyətli faydalardandır. Sığorta şirkətləri üçün isə bu yanaşma xərclərin azaldılması və daha dəqiq risk qiymətləndirmələri kimi üstünlüklər təqdim edir. Sağlam həyat tərzini təşviq etməklə, sığortaçılar xəstəliklərlə əlaqəli sığorta iddialarının sayını azalda bilərlər. Bu da ümumi sığorta ödənişlərininn azalmasına səbəb olur”.

Dünyada bir neçə sığorta şirkəti həyat tərzi əsaslı sığorta modelləri tətbiq edir. Məsələn, ABŞ-də fəaliyyət göstərən “John Hancock” sığorta şirkəti, fiziki fəaliyyət hədəflərinə çatan sığortalılara xüsusi endirimləri təqdim edən proqram təklif edir. Cənubi Afrikadakı “Discovery Health” sığorta şirkəti sığortalıları fiziki fəaliyyətə təşviq edən və mükafatlandıran, Asiya-Sakit Okean regionundakı isə “AIA Group” sığorta şirkəti isə fiziki fəaliyyət izləmə proqramlarından istifadə edirlər.

Bu ilin yanvar–may aylarında Azərbaycanda həyat sığortası üzrə 359 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,3 % çoxdur.

Hazırda Azərbaycanda 5 həyat sığortası şirkəti ("Atəşgah", "PAŞA", “Qala", "Xalq" və "Meqa") fəaliyyət göstərir.

Son xəbərlər