Mojo.az Banner
21:50 “ChatGPT”nin yeni modelində təhlükəsizlik problemi aşkarlandı  |     21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |     20:45 Bibiheybət məscidindən və "Dəniz Mall"ın namaz otağından oğurluq etdi - "Hacı" həbs edildi  |     20:37 Taksidə turistlərlə mübahisə edən 62 yaşlı sürücü 15 gün həbs edildi  |     20:32 Hansı rayonların icra başçısı yoxdur?  |     20:24 Azərbaycanda ən çox alınan avtomobillər (SİYAHI)  |     20:19 Qəhvə əslində enerji vermir: Kofein yorğunluq hissinə necə təsir edir?  |     20:11 "Gəzə bilmirəm" - Abid Şərifov  |     20:06 Azərbaycan çempionatında IX turun oyun cədvəli  |     19:58 Kiyev cəbhə şəhərinə çevrilir  |     19:53 Şagird məktəbdə müəllimini öldürdü - Slovakiyada  |     19:47 Sabah yağış yağacaq  |     19:39 Bakıdakı bu evlər söküləcək - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev iki ölkə ilə vacib sənədləri təsdiqlədi

14.06.2024 13:55 1 134
İlham Əliyev iki ölkə ilə vacib sənədləri təsdiqlədi
"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiqlənib.

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Sənəd 2024-cü il mayın 7-də Bakı şəhərində imzalanıb.

Həmçinin, dövlət başçısının digər fərmanı ilə "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin statistikasına dair məlumatların mübadiləsi sahəsində əməkdaşlıq haqqında Protokol" təsdiqlənib.

Bundan başqa, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında gömrük idarəetməsinin təkmilləşdirilməsi məqsədilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş"in təsdiq edilməsi barədə fərman da imzalayıb.

Dövlət başçısının digər fərmanı ilə, "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Qırğız Respublikasının Ədliyyə Nazirliyi arasında hüquqi sahədə qarşılıqlı fəaliyyət haqqında Saziş" təsdiq edilib.

Eyni zamanda, Prezident "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında Qırğız Respublikasında dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında fərmanı da imzalayıb.

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş" də təsdiqlənib. Dövlət başçısı bununla bağlı müvafiq fərmanı imzalayıb.

Qırğız Respublikası ilə sənədlər 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanıb.скачать dle 11.3
Mojo.az Banner