Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Elektron siqaretlərlə bağlı TV və radiolara XƏBƏRDARLIQ

06.06.2024 18:29 735
Elektron siqaretlərlə bağlı TV və radiolara XƏBƏRDARLIQ
Audiovizual Şura elektron siqaretlər haqqında məlumatın yayımlanması ilə bağlı açıqlama yayıb.

Şuradan verilən xəbərə görə, son zamanlar, bir sıra yayımçılara ödənişli əsasda bir məlumatın yayımlanması barədə təkliflər daxil olur. Həmin məlumatda bır sıra xarici xəbər agentliklərinə istinadla son zamanlar daha çox amerikalı siqaret aludəçilərinin alternativ nikotin məhsullarına keçmələri haqqında məlumatlar öz əksini tapıb və iddia olunur ki, alternativ nikotin məhsulları ABŞ bazarının müəyyən faizini təşkil edir:

"Həmçinin, sözü gedən informasiyalarda mütəxəssislərin daha çox insanın siqareti tərgitməsi və zərərli kimyəvi maddələrin təsiri guya az olan daha yaxşı məhsullara keçməsi tendensiyasına müsbət yanaşmaları iddia olunur.

Audiovizual media subyektləri tərəfindən Audiovizual Şuraya daxil olan sorğulara cavab olaraq və məsələnin ciddiliyini nəzərə alaraq, Azərbaycan Respublikası Audiovizual Şurası bildirir ki, belə məzmunlu məlumatların televiziya və ya radio kanallarında yayımlanması "elektron siqaret"lərin təbliği hesab olunduğundan ölkə qanunvericiliyinin pozulmasıdır.

Nəzərə alınmalıdır ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanununa əsasən bütün növ qəlyanlar və elektron siqaretlər tütün məmulatları hesab olunur. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən tütün məmulatlarının satışının və istifadəsinin stimullaşdırılmasına xidmət edən hər bir addım tütün məmulatları sponsorluğudur. Sözügedən Qanunun 9.1.4-cü maddəsinə uyğun olaraq, tütündən istifadənin azaldılması məqsədilə tütün satışının bilavasitə və ya dolayı reklamının və təşviqinin, habelə tütün məmulatları sponsorluğunun reklamının və stimullaşdırılmasının bütün növləri qadağan edilir.

Eyni zamanda, "Reklam haqqında" Qanunun 28-ci maddəsinə əsasən tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır.

Audiovizual Şura bir daha bildirir ki, yuxarıda qeyd olunan məzmunda məlumatların televiziya və ya radio kanallarında yayımlanması Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması hesab olunaraq, həmin məlumatların yayımlanması halında audiovizual media subyektinə qarşı inzibatı sanksiya tətbiq olunacaq".скачать dle 11.3
Mojo.az Banner