Mojo.az Banner
19:04 32 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib  |     18:38 Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı  |     18:22 Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi  |     18:22 Sadır Japarov Azərbaycana səfərə gəlib  |     18:20 Əməkdar jurnalist vəfat etdi  |     18:19 Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb  |     18:11 İranpərəst qruplaşma Azərbaycana hücumu etiraf etdi  |     18:07 Gəncədə 26 yaşlı kişini küçədə bıçaqladılar  |     18:06 İsrail prezidenti Azərbaycana səfərə gəldi - Foto  |     18:04 Şahin Şıxlinskinin Yekaterinburqda rəhbərlik etdiyi təşkilat ləğv edildi  |     17:53 Şavkat Mirziyoyev Bakıya yola düşüb  |     17:29 Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı  |     17:28 İstanbuldan Bakıya minlərlə dərmanı qanunsuz gətirmək istədi  |     17:24 Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş - Rüşvətin məbləği bilindi  |     17:05 Bakıda yəhudi şagirdlər də məktəbə vahid formada gedirlər - Video  |     17:04 Hakan Fidan Bakıya gəlir  |     17:03 Əli Əsədov Laos prezidenti ilə görüşüb - Foto  |     17:01 Rəsmi Bakıdan Parisin əsassız iddialarına cavab  |     17:00 Azyaşlıya işgəncə verən falçının məhkəməsi: "Hər dəfə uşaq deyirdi ki, pişik cırmaqlayıb"  |     16:51 Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama  |    
Mojo.az Avto
Mojo.az Avto

"Space TV"yə "Maşa və ayı" cizgi filminə görə xəbərdarlıq edildi

13.06.2025 21:51 1 320
13 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.

Bu barədə Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, iclasda "Space TV" kanalının efirində cari ilin 7 iyun, 8 iyun və 9 iyun tarixlərində yayımlanan "Maşa və ayı" cizgi filminin nümayişi zamanı digər yayımçının müstəsna yayım hüququnun pozulması ilə bağlı məsələ müzakirə olunub.

"Maşa və ayı" cizgi filminin Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququnun "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nə məxsus olmasına görə Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu hal "Media haqqında" Azərbaycan Respublikası Qanununun 38.2-ci maddəsinin tələbinin (Proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçıdan başqa digər audiovizual yayımçıların həmin proqramı yayımlaması qadağandır) pozulması kimi qeydə alınıb, daha sonra həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.

Televiziya kanalının efirində belə pozuntunun ilk dəfə baş verməsini nəzərə alaraq iclasda "Space Müstəqil Televiziya və Radio Şirkəti" MMC-nin "Space TV" televiziya kanalına bu dəfə xəbərdarlıq edilməsi barədə razılığa gəlinib, bütün yayımçılardan öz istehsalı olmayan proqramları (filmləri, cizgi filmlərini, sənədli filmləri və sairə) yayımlayarkən yayım hüququ məsələlərinə diqqətli yanaşmaları tələb olunub.скачать dle 11.3
Mojo.az Banner