Mojo.az Banner
19:03 Daha bir ölkə ölüm hökmünü bərpa edir - 33 il sonra  |     18:57 AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib  |     18:54 “Olimp Hospital”da əməliyyat olunan 44 yaşlı kişi öldü  |     18:28 İdarə Heyətindən çıxarılanlar kimlərdi? - DOSYE  |     18:20 Canlı yayımda təhqirə yol verən daha bir tiktoker həbs olundu - Foto  |     17:59 Rəşad Daşdəmirov, Fərid Usubov və digərləri ev dustaqlığına buraxıldılar  |     17:57 Pensiya vədi ilə 13 min manatlıq dələduzluq  |     17:04 Sumqayıtda zəhərlənən 21 şagird xəstəxanadan evə buraxılıb  |     17:01 Azərbaycanda dörd qanun ləğv ediləcək  |     16:56 Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi  |     16:46 Bakı-Tbilisi sərnişinlərinə şad xəbər: Biletlər satışdadır - FOTO  |     16:29 Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirildi  |     16:26 Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?  |     16:11 16 yaşlı qıza sataşan şəxs həbs olundu  |     16:03 Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama  |     15:50 Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı  |     15:46 58 yaşlı kişi sevdiyi qadını alan şəxsi armaturla döydü  |     15:25 Yeni virus Azərbaycana da gələ bilər – Həkimdən xəbərdarlıq  |     15:20 Qalmaqallı şirkətin əməkdaşı külli miqdarda narkotiklə tutulub  |     15:17 Bu tərəvəzin ixracı artdı: Qiymətlər bahalaşacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Dənizkənarı Bulvar İdarəsində yoxlama aparılıb: Ötənilki nöqsan açıqlanıb

23.05.2024 13:30 858
Dənizkənarı Bulvar İdarəsində yoxlama aparılıb: Ötənilki nöqsan açıqlanıb
Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsi və tabeliyində olan qurumlar üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının auditini həyata keçirib.

Pravda.az xəbər verir ki, bu barədə "2023-cü ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilib.

Bildirilib ki, qeyri-büdcə gəlirlərinin tərkib hissəsi kimi sahibkarlıq fəaliyyətindən əldə olunmuş pul vəsaitlərinin məbləğinin dövlət sifarişi üzrə dövlət büdcəsindən maliyyələşən gəlirlərə nisbətinin artmasına baxmayaraq, dövlət büdcəsinin vəsaitlərindən asılılığın tədricən (müvafiq hədlərdə) azaldılmasına nail olunmamaqla, asılılıq səviyyəsi artıb. Həmçinin, hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun qeyri-büdcə gəlirləri üzrə əlavə potensialın da mövcudluğu şəraitində əməyin ödənişi və mükafatlandırılması xərclərinin qeyri-büdcə mənbələri hesabına maliyyələşdirilməsində irəliləyişlər əldə olunmayıb. Bu isə "Hüquqi nəticə yaradan hərəkətləri dövlətin adından həyata keçirən, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxsin (statusu Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilən, habelə dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki publik hüquqi şəxslər istisna olmaqla) işlər görülməsindən və xidmət göstərilməsindən əldə etdiyi vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) həmin publik hüquqi şəxsin sərəncamında qalan hissəsindən istifadə Qaydası"nın tələblərinin (3.1-ci bəndinin) pozulması deməkdir.скачать dle 11.3
Mojo.az Banner