Mojo.az Banner
19:37 Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur  |     19:30 Oğuzda uşaq üstündə bir-birini döyən ər-arvad cərimələndi  |     19:25 Sabah Azərbaycanda intensiv yağış yağacaq  |     19:16 Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı  |     19:11 "Xəzər Lizinq" MMC-dən şikayət - VİDEO  |     19:04 Azərbaycanda pensiyalar belə artırılacaq - Yeni qayda  |     18:59 Qubada kişi hamamda qazdan boğulub öldü  |     18:53 Ayaqqabıya görə döyülən qadın ərini bağışladı, məhkəmə əfv etmədi  |     18:45 Çindən maşın gətirməyin qaydası dəyişir  |     18:36 Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi  |     18:23 Hazırda bu yollarda sıxlıq var - SİYAHI  |     18:10 Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU  |     18:03 Azərbaycanda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı  |     18:03 Xaçmazda qəza: Maşın məktəbli qardaşları vurdu  |     18:02 Azərbaycan və Birləşmiş Krallığın hökumətləri arasında mühüm sənədlər imzalandı  |     17:44 Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək  |     17:22 12 azərbaycanlı dənizdə çarəsiz qalıb: "Hər saniyəmiz ölümdür" - Video  |     17:20 Azərbaycan millisinə məğlubiyyətdən sonra istefa verdi  |     16:50 Korrupsiyaya dair məlumat verənlər dövlət tərəfindən qorunacaq və kompensasiya alacaqlar  |     16:49 İlk dəfə sükan arxasına əyləşərək ölümə səbəb oldu - Hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Yeddi yaşlı uşağı öldürən məşqçi ilə bağlı hökm dəyişib?

22.05.2024 16:47 918
Yeddi yaşlı uşağı öldürən məşqçi ilə bağlı hökm dəyişib?
Yeddi yaşlı Fərid Bakarovu xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən idmançı Mehman Xəlilovun şikayətinə baxılıb.

Median.Az
qafqazinfo-ya istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən iclasda idmançının vəkili müvəkkilinə verilmiş ittihamın dəyişdirilməsini, sanksiya həddində yüngül cəza təyin edilməsini istəyib.

Məlumat üçün deyək ki, idmançı azyaşlını qəsdən öldürmədiyini, hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyir. Xəlilov son sözündə də hadisədən dərin peşmançılıq hissi keçirdiyini etiraf edib, özünü Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bildiyini deyib.

İstintaq materiallarında qeyd olunub ki, təqsirləndirilən idmançının zərərçəkmiş Fəridin anası ilə yaxın münasibəti olub. Fəridin anasının hərəkətlərindən əsəbiləşən Mehman onu qisas almaq məqsədi ilə öldürüb. Mehman özü isə məhkəmədə bunları təkzib edib, hadisəni ehtiyatsızlıqdan yaranan bədbəxt hadisə adlandırıb.

Şikayəti Məhəmmədəli Rzayevin sədrlik etdiyi hakimlər heyəti araşdırıb.

Yuxarı instansiya məhkəməsi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmündə qanun pozuntusu aşkar etməyib.

Qərara əsasən, M.Xəlilovun 19 il azadlıqdan məhrumetmə cəzası olduğu kimi qüvvədə saxlanılıb.

Qeyd edək ki, hadisə Sumqayıt şəhərində yerləşən 19 nömrəli məktəbin idman zalında baş verib. Cinayətin baş vermə anının görüntüləri sosial şəbəkələrdə yayılıb. Videodan görünür ki, Mehman Xəlilov məşqdə zərərçəkmiş Fərid Bakarovun saçından, başından, qulağından tutaraq havaya qaldırıb, həmçinin təpiklə vurub və digər təhlükəli hərəkətlər edib. Hadisə nəticəsində F.Bakarov vəfat edib.

M.Xəlilova əvvəl Cinayət Məcəlləsinin 126.3-cü (sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib. İstintaqın gedişində onun əməli eyni məcəllənin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələrinə tövsif edilib.скачать dle 11.3
Mojo.az Banner