Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Rusiyada nüvə silahı təlimləri başladı

21.05.2024 21:36 975
Rusiyada nüvə silahı təlimləri başladı
Rusiyada qeyri-strateji nüvə silahlarının hazırlanması və istifadəsinin praktik sınaqları ilə müşayiət olunan təlimlərin birinci mərhələsi başlayıb.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təlimlər çərçivəsində Cənub Hərbi Dairəsinin raket birləşmələri "İsgəndər" operativ-taktiki raket kompleksinin buraxılışı üçün hazırlıqları məşq edir.

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, ölkənin Aerokosmik Qüvvələrinin aviasiya bölmələrinin şəxsi heyəti də aviasiya silahları, o cümlədən hipersəs raketlərlə təlimlərdə iştirak edir.

Son xəbərlər