Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:14 Azərbaycanda gənc aktrisa vəfat edib | 17:06 İslam Rzayev və Azad Balayevin məhkəməsi başlayır | 17:00 Rusiyada internet kəsilib | 16:44 Məzuniyyətlə bağlı qaydalar dəyişir | 16:36 Milli Məclis yaşayış minimumunun artmasına razılıq verdi | 16:26 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı qanunda dəyişikliklər edildi | 16:04 Mərkəzi Bankın səlahiyyətləri artırıldı | 15:51 Prezident Özbəkistanla iki sənədi təsdiqlədi | 15:46 Gürcüstanlı nazir xüsusi nümayəndə heyəti ilə Bakıya gəlib | 15:40 Azərbaycandan Rusiyaya saxta sənədlərlə ehtiyat hissələri keçirmək istədilər | 15:34 Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək | 15:24 Tanınmış şairə Sumqayıtda binadan yıxıldı - FOTO | 15:14 Azərbaycanda bəzi qadınlara 500 manat civarında müavinət veriləcək | 15:09 17 noyabr hadisələri Azərbaycan xalqının milli mübarizə tarixində silinməz iz qoyub – Deputat | 15:06 Rəşid Mahmudovun evində partlayış baş verib? | 14:23 Sahibə Qafarovadan deputata irad: "Bura "danışmaqxana" yox, parlamentdir" | 14:08 Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR | 14:07 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik cinayətdə detallar | 13:47 Güclü külək qarşısında köhnə binalar nə dərəcədə təhlükəsizdir? – AÇIQLAMA | 13:42 Həcc ziyarətində yeni xidmətlər, yeni qiymətlər - AÇIQLAMA |
Mojo.az Avto
Mojo.az Avto

Slovakiyanın güllələnən baş naziri yenidən əməliyyat olundu

17.05.2024 16:27 1 050
Slovakiyanın güllələnən baş naziri yenidən əməliyyat olundu
Slovakiyanın hücuma məruz qalan Baş naziri Robert Fitso mayın 17-də növbəti dəfə əməliyyat olunub.

Bu barədə Slovakiya baş nazirinin müavini, eyni zamanda Müdafiə Nazirliyinin rəhbəri Robert Kalinyak məlumat verib.

Onun sözlərinə görə, buna baxmayaraq, Fitsonun vəziyyəti hələ də ağır olaraq qalır.

Kalinyak əlavə edib ki, həkimlərə baş nazirin sağlamlığı ilə bağlı dəqiq söz söyləmək üçün bir neçə gün lazım olacaq. O, həmçinin, Fitsonun huşunun yerində olduğunu və onun reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib.

Xatırladaq ki, Slovakiyanın Baş naziri Robert Fitso sui-qəsd cəhdi zamanı beş güllə yarası alıb və ağır halda xəstəxanaya çatdırılıb.

Slovakiya Prezidenti Peter Pelleqrini xəstəxanada onu ziyarət etdikdən sonra jurnalistlərə verdiyi açıqlamasında baş nazirlə bir neçə dəqiqə danışmağa icazə verildiyini, onun danışa bildiyini, lakin çox yorulduğunu və vəziyyətinin ağır olduğunu bildirib.

Mənbə: TASS

Son xəbərlər