Mojo.az Banner
23:01 Yay tətilində yollar niyə poliqona çevirilir ? - AÇIQLAMA  |     22:55 Bu sürücüləri 100 manat cərimə gözləyir - Səbəb açıqlandı  |     22:43 Bu avtobus marşrutları müsabiqəyə çıxarılır  |     22:38 Ölümlə nəticələnən qəzaya görə neçə il həbs düşür? - Sərxoş sürücülərə ağır cəza  |     22:23 65 yaşdan sonra bu müəllimləri işdə saxlayırlar...  |     22:17 Sosial müavinət və təqaüdlər bu tarixdə ödəniləcək  |     22:09 Ağcaqanadlardan qorunmağın yeni ÜSULU tapılıb  |     22:02 Cəbrayıl rayonunda mina partladı, 1 nəfər xəsarət aldı  |     21:55 Park salınan ərazidə qədim dövrə aid əşyalar tapıldı  |     21:46 "Google" 1 milyard dollara yaxın cərimə edildi  |     21:41 Pandemiya kimi hazırlaşın - ÜST-dən xəbərdarlıq  |     21:34 "Çəhrayı pantera" ilə tanınan ifaçı vəfat etdi  |     21:29 “Brent” yenidən bahalaşdı  |     21:21 İkinci kurs tələbəsi dünyasını dəyişdi  |     21:16 Daha bir Türkiyə gəmisi vuruldu - Ölən və yaralılar var  |     21:09 Bu ölkədə vəba xəstəliyi yayılır - Ölənlərin sayı isə...  |     21:02 Dənizdə batan yeniyetmənin meyiti tapıldı  |     21:00 Xankəndidə kafe yanıb - Xəsarət alanlar var  |     20:45 Bu ərazilərdə qaz olmayacaq  |     20:40 Türkiyədə "Ahbap" dərnəyinə qarşı istintaq çərçivəsində məşhurlar ifadə verməyə çağırıldılar  |    
Left Banner
Right Banner

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

16.05.2024 15:47 1 353
BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib
“Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları may ayında Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

O bildirib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.

“Mandatına uyğun olaraq BQXK bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağdakı separatçıların rəhbərləri olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı saxlayaraq Bakıya gətiriblər.скачать dle 11.3
Mojo.az Banner