Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib

13.05.2024 21:46 1 410
Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib
Mayın 13-də Türkiyənin İstanbul şəhərində Dünya İslam Alimlərinin Məşvərət Toplantısı öz işinə başlayıb.

Median.Az xəbər verir ki, Türkiyənin Diyanət İşləri Başkanı Ali Erbaşın dəvəti ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həmin tədbirdə iştirak edib.

Dünya İslam Alimlərinin Məşvərət Toplantısında Dünya Müsəlman Alimləri Birliyinin rəhbəri Ali Muhiddin Əl-Qaradaği, Əlcəzairin Din İşləri naziri Yusif Belmandi, Malaziyanın Dini İşlər naziri Dato Naim, İraqın Fiqh Alimləri Birliyinin sədri Əhməd Həsən Taha, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Nauruzbay Taqanulı, Rusiya Federasiyası Müftilər Şurasının sədri Ravil Qaynutdin, Bosniya və Hersoqovinanın İslam Birliyinin rəhbəri Hüseyn Kovazoviç, Bolqarıstanın Baş Müftisi Mustafa Hacı və digər nüfuzlu dini liderlər, tanınmış İslam alimləri iştirak ediblər.

Dünyanın müxtəlif ölkələrindən gələn toplantı iştirakçılarını salamlayan Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başkanı Ali Erbaş çıxışında bildirib ki, müharibələr, terror hərəkətləri, yoxsulluq bəşəriyyəti ciddi təhdid etməkdədir. İslamın nüfuzlu alimləri tez-tez müxtəlif qurum və təşkilatların toplantılarında bir araya gələrək müzakirələr aparır, çıxış yolları arayırlar. Ali Erbaş Türk Dövlətləri Dini Liderlərinin fəaliyyətini xüsusi qeyd edib, yeni yaranan Dünya İslam Alimləri Məşvərət Toplantısının da ciddi əhəmiyyətli bir platforma olacağına inamını ifadə edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A.Paşazadə tədbirdə çıxış edərək fikirlərini bölüşüb. Bildirib ki, böhranlar və fəlakətlərlə səciyyələnən müasir dövrdə mənəvi birliyin önəmi danılmazdır.

Şeyxülislam A.Paşazadə çıxışında dünyada artan ksenofobiya, irqçilik təzahürlərinə toxunaraq, dini-mənəvi mühitimizə xarici müdaxilələrin, yad və zərərli təbliğatların, bu ölkələrdə ayrı-seçkiliyə və ya vətəndaş qarşıdurmalarına səbəb ola biləcək hər hansı ideoloji təxribatların, nifrət çağırışlarının narahatedici səviyyədə olduğunu vurğulayıb.//report.az


скачать dle 11.3
Mojo.az Banner