Süni intellekt və yeni inkişaf meyarları » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:46 Bu şəxslərə 2200 manat veriləcək  |     17:36 Doğum və ölüm üçün müavinət - 600 manat oldu  |     17:08 Təyyarənin üzərinə düşdüyü yataqxanadan 30 meyit TAPILDI – VİDEO  |     16:58 Paşinyan Ərdoğanla görüşmək üçün Ankaraya gedəcək  |     16:50 Hikmət Hacıyev: Azərbaycan İordaniya ilə iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır  |     16:44 Sumqayıt şəhərində 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb  |     16:21 Xalq artisti Tünzalə Ağayeva beynəlxalq münsiflər heyətinin üzvü seçildi  |     15:58 Azərbaycan XİN Hindistana başsağlığı verdi  |     15:47 Tanınmış aparıcı valideynlərdən şikayətləndi  |     14:40 FHN çimərliklərdə monitorinqlər keçirib  |     14:32 Azərbaycan yay turizminə hazırdırmı?- ARAŞDIRMA  |     14:25 Azərbaycanda şəhərsalma və tikinti prosedurları sadələşdirilir  |     14:21 Azərbaycanda 5 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb  |     14:16 Azərbaycanda lisenziyasız ödəniş xidmətləri göstərilməsi faktı aşkar olunub  |     14:10 Hindistanda 250 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb  |     14:01 Ötən gün bank kartlarından 6 mindən çox pul vəsaiti oğurlanıb  |     13:56 Bu ilin 5 ayında 21 mindən çox şəxsə pensiya təyin olunub  |     13:50 Vyanada Azərbaycan-Avstriya iqtisadi komissiyasının 11-ci iclası keçirilib  |     13:43 Ötən ay xaricdə təhsil almış 52 nəfərin diplomu tanınmayıb  |     13:38 Goranboyda kişi zəhərlənərək ölüb  |    

Süni intellekt və yeni inkişaf meyarları

Müasir dünyada ölkələrin inkşafında yeni texnologiyaların tətbiqi, innovasiyaların və "yaşıl enerji"nin inkişafı əsas və fundamental meyarlara çevrilib. İnkişaf etmiş ölkələrdə iqtisadi, hərbi, sosial və humanitar sahələrdə süni intellekt tətbiq edilir. Süni intellekt yeni texnologiyaların və innovasiyaların tətbiqində vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin artırılmasına dəstək göstərir.

ABŞ, İsveçrə, İtaliya, Niderland, Sinqapur, Çin və digər ölkələr süni intellekti iqtisadiyyat və nəqliyyat sektorlarının inkişafı istiqamətlərində birbaşa tətbiq edirlər. Ölkələr tərəfindən innovasiyalar və yeni texnologiyalar həm də sənaye istehsalat, maliyyə investisiya, təhsil, kibertəhlükəsizlik, səhiyyə və digər sahələrdə tətbiq edilir. Ümumiyyətlə, ölkələr süni intellektin tətbiqi ilə bağlı xüsusi strategiyalar qəbul edirlər. Nümunə üçün, 2022-ci ildə Böyük Britaniya tərəfindən qəbul edilmiş Milli Sİ Strategiyada (“National AI Strategy - AI Action Plan”) 10 il ərzində həyatın bütün sahələrində süni intellektin rolu və təsiri haqqında qeyd edilir (https://www.gov.uk/government/publications/national-ai-strategy-ai-action-plan/national-ai-strategy-ai-action-plan). Böyük Britaniyanın hökuməti tərəfindən bu sənədin qəbulu Almaniya və Fransa ilə maliyyə investisiyalar, hərbi müdafiə sənayəsində və digər sahələrdə rəqabətin artırılması məqsədi kimi vurğulanır. Süni intellekti tətbiq edən ölkələr bü gün rəqabət prosesində yeni uğurlar əldə edir.

Azərbaycan Respublikası üçün də süni intellektin tətbiqi vacibdir. Bu məsələ ilə bağlı Çin və İsrail hökumətləri ilə əməkdaşlıq aparılır. Xüsusilə də azad iqtisadi zonanın qurulması, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun inkişafı üçün vacibdir. Bu əməkdaşlıq Azərbaycanın iqtisadi və hərbi inkişafına da öz təsirini göstərəcək. İşğaldan azad edilmiş iqtisadi zonalarda bərpa işləri və innovasiyaların tətbiqi Azərbaycanın 2040-2050-ci illərdə iqtisadi gücünü artıracaq. Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhər”, “ağıllı kənd” kimi yeni sistemlərin yaradılmasında və regionun iqtisadi inkişafında süni intellektin rolu vacibdir.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkədə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Eyni zamanda, bununla bağlı tədbirlər planı təsdiq edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir.

Ümumiyyətlə, Azərbaycan Respublikası tərəfindən nəqliyyat və logistika sistemində innovasiyaların tətbiqi beynəlxalq və milli səviyyəyə bölünməlidir. “Şimal-Cənub” və “Silk way” nəqliyyat xətlərinin inkişafı məqsədilə süni intellektin istifadəsi birbaşa Çindən Avropaya və Hindistandan Rusiyaya təqdim edilən məhsulların müddətinə qənaət edilməsinə təsir edəcək. Eyni zamanda, Bakı-Zəngilan və Bakı-Laçın nəqliyyat xətlərinin təkmilləşdirilməsində süni intellekt yeni həll yolları təqdim edə bilər. Bu mexanizm Zəngəzur dəhlizi vasitəsilə Bakı-Naxçıvan xətti üçün də vacibdir. Süni intellekt logistika, nəqliyyat və yükdaşımalarda milli maraqlara cavab verir.

Süni intellekt ölkənin milli və beynəlxalq səviyyədə maraqlarına yalnız dövlət qurumları vasitəsilə deyil, həm də özəl sektorun inkişafına birbaşa təsiri var. Bu sahənin inkişafında beynəlxalq transmilli şirkətlərin rolu böyükdür. Microsoft, Apple, Amazon, Alphabet, Nvidia, Meta, AMD, İntel və digər texnoloji şirkətlər süni intellekti və robototexnikanı öz məhsullarının hazırlanmasında, beynəlxalq bazarın qiymətləndirilməsində, marketinqdə tətbiq edir. Azərbaycanda özəl və dövlət şirkətləri həmin təcrübədən öyrənir. Ancaq SOCAR-da yaxın gələcəkdə neftin və neft məhsullarının istehsalında, qazma, emal və çatdırılması mərhələlərində süni intellektin tətbiqi ölkənin iqtisadi inkişafına gözəçarpan ölçüdə təsir edəcək. Bu isə öz növbəsində özəl sektorda süni intellektin yararlı istifadəsi üçün yeni imkanlar açacaq.

Qeyd edilənlərə baxmayaraq, ölkədə süni intellektin tətbiqi məqsədilə hüquqi baza və milli qanunvericlik sistemi yaradılmalı, xüsusi strategiya hazırlanmalıdır. Milli qanunvericilikdə süni intellekt ayrıca bir hissəyə çevrilməlidir. Bu, həm də süni intellektin təsirinin qiymətləndirilməsi məqsədilə xüsusi statistik bazanın yaradılmasına təsir edəcək.

Beləliklə də Azərbaycanda həyatın bütün sahələrində süni intellektin tətbiqi və inkişafı üçün əsaslar var. Biz bu prosesə yaşıl enerji və azad edilmiş rayonların inkişafı ilə başladıq.
//reportскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            726 08.05.24 20:23