Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:54 Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb | 18:43 "Qarabağ"dan Yankoviç və Silva açıqlaması (Yenilənib) | 18:37 Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu | 18:30 Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq | 18:27 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər (Yenilənib) | 18:22 “Vətən müharibəsi Cənubi Qafqazda yeni reallıqlar yaratdı” | 18:13 Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi" | 18:05 Millimiz üçüncü dəfə dünya çempionu oldu | 18:03 Prezident İlham Əliyev: "Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" | 17:46 Ər-arvadı öldürüb evlərini yandıran şəxsin məhkəməsi başlayır | 17:45 Ağstafada bir ailənin üç üzvü zəhərlənib | 17:23 Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər (VİDEO) | 17:14 Beynəlxalq axtarışda olan iki nəfər Gürcüstandan Azərbaycana gətirildi | 17:12 Gənc müəllimləri kəndlərdə saxlamaq üçün yeni addımlar lazımdır – AÇIQLAMA | 17:05 İmtahanlara müdaxilə cinayəti: Prokuror Kamran Əsədova cəza istədi | 17:04 Əli Əsədovdan məhkəmə ekspertləri ilə bağlı qərar | 17:03 Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? | 17:00 Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - FOTO (Yenilənib) | 16:57 Qonşusunu bıçaqlayan müharibə iştirakçısına verilən cəza məlum oldu | 16:57 Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb |
Mojo.az Avto
Mojo.az Avto

"Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb

06.05.2024 20:07 1 347
İngiltərənin "Mançester Yunayted" klubunun heyətində sağlam müdafiəçi qalmayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərə Premyer Liqasının 36-cı turunda baş tutan "Kristal Pelas"la oyunda Harri Maquayr da zədələnib. Futbolçunun qalan matçlarda meydana çıxa bilməyəcəyi açıqlanıb. Maquayrdan sonra Mançester təmsilçisinin sağlam müdafiəçisi qalmayıb.

Qeyd edək ki, Rafael Varan və Conni Evans əzələ zədələri səbəbindən oynamır. Lisandro Martines aprelin əvvəlində bud nahiyəsində yaranan gərginlik səbəbindən məşqlərə qoşula bilmir. Viktor Lindelöf da eyni nahiyədən zədə alıb.

Digər müdafiəçi Villi Kambval aprelin sonlarında zədələnib. "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq daha əvvəl bu mövqedə yarımmüdafiəçi Kazemironu oynatmışdı.

Son xəbərlər