Mojo.az Banner
12:43 Məmməd Musayevə qarşı cinayət işi açıldı - İLGİNC TƏFƏRRÜAT  |     12:39 Bakıda bir marşrutun hərəkət sxemi dəyişdirildi  |     12:38 Ceyhun Bayramov Donald Trampın təşkil etdiyi qəbulda olub  |     12:36 Azərbaycana payız gəldi  |     12:34 Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - Video  |     12:28 Reper Ciqan işçilərini girov götürüb, mühafizəçisini güllələdi  |     12:26 Özbəkistan Naxçıvan-Türkiyə dəmir yolu layihəsinə qoşula bilər  |     12:09 Bakı aeroportunda pul tapdı, dilənçilərə 3 min manat payladı  |     12:06 "Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası - Video  |     11:41 Əfv edilənlərin arasında Martin Ryan da var  |     11:39 Qızılın qiyməti düşür – Azərbaycanda nə qədər ucuzlaşa bilər?  |     11:36 Sürücülərin NƏZƏRİNƏ: Tıxaca düşməmək üçün bu yolları seçin  |     11:34 İnternetin qiyməti yenidən bahalaşdı, keyfiyyət isə dəyişmədi – AÇIQLAMA  |     23:01 Bu rayonun bəzi ərazilərində işıq olmayacaq  |     22:55 Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı  |     22:48 Payız Azərbaycana bu gecə daxil olacaq  |     22:43 Bu ərazilərdə yaşayanlar köçürüləcək  |     22:34 Bakıda bütün universitetlər distant təhsilə keçdi  |     22:29 “İçərişəhər” istiqamətində yeni nəsil qatarların sayının az olmasının səbəbi açıqlandı  |     22:22 Ceyhun Bayramov isveçrəli həmkarı ilə görüşüb  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyə Qarabağ şəhidlərinin övladları üçün kosmik düşərgələr təşkil edəcək

24.04.2024 19:43 1 110
Türkiyə Qarabağ şəhidlərinin övladları üçün kosmik düşərgələr təşkil edəcək
Türkiyənin Kosmik Agentliyi Qarabağ şəhidlərinin övladları üçün kosmik düşərgələr təşkil edəcək.

Bu barədə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) kosmik agentliklərinin birgə üçüncü iclasından sonra “Report”a açıqlama verən Türkiyənin Kosmik Agentliyinin rəhbəri Yusuf Kıraç bildirib.

O, yeniyetmələr üçün kosmik düşərgələrin təşkili layihəsinə keçən ildən start verildiyini deyib: “Uşaqlar və gənclər üçün təşkil etdiyimiz kosmik düşərgələr çox maraqla qarşılandı. Buna çox önəm veririk. Çünki hesab edirəm ki, uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi bu kimi layihələrə cəlb etmək ölkələrimiz arasındakı əlaqələrin möhkəmlənməsini daha çox stimullaşdırır. Keçən il ilk layihəni həyata keçirdik. Bu il Qarabağ savaşı şəhidlərinin uşaqlarına da belə bir düşərgə təşkil etməyi qarşımıza məqsəd qoymuşuq. Bu layihəni gerçəkləşdirəcəyimizdən də ayrıca bir qürur duyuruq”.

Agentlik rəhbəri TDT üzvlərinin kosmik agentliklərinin birgə peyk layihəsi həyata keçirəcəklərini də vurğulayıb: “Türk dövlətləri arasında bu sahədə bir çox layihələrin həyata keçirilməsi planlaşdırılıb ki, bu da onlardan biridir. Layihənin texniki tərəfləri iclas prosesində hərtərəfli müzakirə olunur. Biz tezliklə bu layihənin icrasına başlamaq istəyirik”.скачать dle 11.3
Mojo.az Banner