Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Özbəkistan Naxçıvan-Türkiyə dəmir yolu layihəsinə qoşula bilər

23.09.2026 12:26 201
Özbəkistan Naxçıvan-Türkiyə dəmir yolu layihəsinə qoşula bilər
Özbəkistan Naxçıvan üzərindən Türkiyəyə uzanacaq dəmir yolunun tikintisində iştirak imkanlarını araşdırmağa başlayıb.

Median.Az
"Spot"a istinadən xəbər verir ki, bunu Özbəkistanın nəqliyyat naziri İlhom Mahkamov "O'zbekiston 24" telekanalına müsahibəsində deyib.

Nazirin sözlərinə görə, Prezident Şavkat Mirziyoyevin Gürcüstan və Azərbaycana səfərləri çərçivəsində Xəzər dənizi infrastrukturundan istifadə, bərələrin alınması və Azərbaycanda dəmir yolunun tikintisində iştirakla bağlı müvafiq tapşırıqlar verilib.

İlhom Mahkamov bildirib ki, sözügedən istiqamətlərin hər biri üzrə ayrıca işçi qrupu fəaliyyət göstərir.

O əlavə edib ki, Özbəkistanın Nəqliyyat Nazirliyi görülmüş işlər və əldə olunan nəticələrlə bağlı hesabat təqdim edib, həmçinin ilin sonunadək həyata keçirilməli tədbirlərlə bağlı yeni tapşırıqlar alıb.

Qeyd edək ki, daha əvvəl Özbəkistanın Türkiyənin Samsun və İstanbul limanlarına çıxış yaradacaq Naxçıvan dəmir yolunun tikintisində iştirak imkanlarını nəzərdən keçirdiyi açıqlanıb.скачать dle 11.3
Mojo.az Banner