Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:58 İnterpolun tutaraq Bakıya gətirdiyi sabiq gömrük əməkdaşı həbsdən azad edildi | 12:55 Azərbaycan nefti ucuzlaşıb | 12:53 Abşeronda güclü yanğın: Əməliyyat görüntüləri - Video | 12:51 "TikTok"da qadından hədiyyə alan kişi arvadının qolunu sındırdı | 12:50 Günəşdən nəhəng püskürmə baş verdi: Yerə təsiri olacaq? | 12:41 Alyona Əliyeva "ENQRAM" sərgisindən paylaşım edib - Foto | 12:40 Bazarlarda meyvə-tərəvəz bahalaşıb - Video | 12:27 Zərdabda iki avtomobil toqquşdu: Xəsarət alanlar var | 12:23 Bakıda 31 yaşlı kişi özünə xəsarət yetiribmiş - Təfərrüat | 12:06 Bakıda "Rəmiş" hotelin fəaliyyəti dayandırıldı - Video | 11:52 Piyadanı vurub ağır yaralayan sürücünün cinayət işinə xitam verildi: Səbəb | 11:41 Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq: "Babəli Türkiyədə saxta pul alverinə girişib" | 11:38 Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama | 11:25 Lionel Messiyə dair sensasion transfer iddiası | 11:23 Bəzi həkimlərə xüsusi rütbələr veriləcək | 11:21 Mərkəzi Bankın keçmiş baş direktoruna yeni vəzifə verildi | 22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb |
Mojo.az Avto
Mojo.az Avto

Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb

19.04.2024 13:08 903
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb
Xocavənd rayonunun Xocavənd kəndi ərazisində şərab zavodunun yaxınlığında yerləşən yaşayış binasına aid olan ferma tipli tikilidə xeyli sayda partlayıcı maddə aşkarlanıb.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Qeyd edilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı qeyd olunmuş ərazidə improvizə olunmuş partlayıcı qurğular, partlayıcı maddələr, elektrik və qeyri elektrik detonatorlarından ibarət güclü partlayış törətmək üçün hazırlanmış xeyli sayda partlayıcı yüklər, habelə Ermənistan istehsalı olan D1 markalı əl qumbaralarından istifadə edilərək quraşdırılmış improvizə edilmiş partlayıcı qurğular aşkarlanıb.

Aşkar edilən partlayıcı maddələr ANAMA əməkdaşları tərəfindən zərərsizləşdirilərək ərazinin təhlükəsizliyi təmin edilib.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları zamanı mütəmadi olaraq tələ minaları, improvizə edilmiş partlayıcı qurğulara rast gəlinir. Bu məqsədlə ANAMA vətəndaşları təhlükəsizliyinə əmin olmadıqları ərazilərə, obyektlərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa çağırıb.

Son xəbərlər